Xəbər lenti

 

Türk təyyarələri bu gün Afrinin mərkəzinə bəyanat vərəqələri atıblar.

Ovqat.com xəbər verir ki, “Bismillahirrəhmanirrəhim”-lə başlayan bəyanatda yerli xalqa "Afrinli qardaşlarımız" deyə xitab edilir və sakinlər bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik və rifahın təsis edilməsi üçün birgə fəaliyyətə çağrılır.

 Daha sonra isə bəyanatda bu ifadələrə yer verilir:

 

“Qonşusuna silah çəkən, məscidlərimizi dağıdan, xain PKK/PYD/YPG və DEAŞ terrorçularınin təzyiq və zülmünə son vermək zamanı. Terrorçuların övladlarınızdan istifadə etmələrinə, sizi, evinizi və gələcəyinizi yıxmalarına icazə verməyin! Terrorçulara “dur” deməyin vaxtı gəlib. Terrorçulara qarşı həmişə birlikdə olaq. Terrorçulardan uzaq durun. Afrin afrinlilerindir. Allahın izniylə Afrində sülh, sağlam həyat, dinclik, güvən və bərəkət dolu günlərə".

Mütəxəssislərin fikrincə, Türk ordusunun Afrinə vərəqlər yağdırması artıq şəhərə girmək hazırlıqlarının başlanmasından xəbər verir.

Bəyanat 3 dildə - türkçə, ərəbcə və kürdcə yazılıb.




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 30-01-2018, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma