İsveç və Küveyt tərəfindən hazırlanan “humanitar” qətnamə layihəsi BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunub.
Ovqat.com-un bildirdiyinə görə, qətnaməyə bütün Şura üzvləri yekdilliklə səs veriblər.
Qətnamədə Suriyaya humanitar yardım çatdırmaq, xüsusilə Əsəd rejiminin mühasirəsi altında olan Şərqi Qutadaıi vəziyyəti ağır xəstə və yaralıların evakuasiyası üçün ən az bir ay insanı atəşkəs qərarı qəbul edilib.
Qətnamədə Suriya daxilində humanitar yardımların etibarlı, maneəsiz və davamlı bir şəkildə çatdırılması və vəziyyəti ağır olan xəstə və yaralıların azad edilməsi üçün bütün tərəflərdən gecikmədən münaqişələri ən az 30 gün dayandırmaları tələb edilib.
Atəşkəsin 72 saat ərzində qüvvəyə minməsi qərarlaşdırılıb.
Qeyd edək ki, səsvermədən əvvəl açıqlama verən Küveytin BMT TŞ-dakı daimi nümayəndəsi Mənsur əl-Uteybi qəbul olunacağı təqdirdə qətnamənin bütün Suriya ərazilərini, o cümlədən Afrini də əhatə edəcəyini bildirmişdi.
Afrin əməliyyatında son mərhələyə qədəm qoyan Türkiyənin bu qətnaməyə reaksiyası maraq doğurur.
Paylaş: