Xəbər lenti

  

 

ABŞ prezidenti Donald Trampın səhvlərini düzəltmək  Ağ evin mətbuat sözçüsü Sarah Sandersin ən önəmli vəzifəsinə çevrilib.

Ovqat.com xəbər verir ki, hər çıxışında nə gəldi danışan Trampın Putinlə görüşündə dilə gətirdiyi bəzi fikirlər də, gözlənildiyi kimi, ABŞ-da ciddi polemikalara səbəb olub. Nəticədə ABŞ administrasiyası öz rəhbərinin fikirlərini bir-bir təkzib etmək məcburiyyətində qalıb.

Əsasən də Rusiyanın ABŞ-ı hədəf almağa davam edib-etmədiyinə dair suala  prezidentin "Xeyr" cavab verməsi Sarah Sandersin mətbuat nümayəndələri qarşısında əlavə açıqlamalar verməsini gərəktirib. Dünən ənənəvi gündəlik mətbuat konfransında çıxış edən xanım diplomat Trampın sözlərinin səhv anlaşıldığını iddia edərək bildirib ki, əslində “xeyr” cavabı sualın mahiyyətilə əlaqədar deyilmiş: “Əksinə, Tramp suala cavab vermək istəmədiyini ifadə etmək üçün “xeyr” deyib”.  

Qeyd edək ki, iki liderin Finlandiyanın paytaxtı Helsinkidə bir araya gəldiyi zirvədə Trampın verdiyi bəyanatlar ABŞ-da həm Konqres, həm də media tərəfindən sərt şəkildə tənqid edilib. Sarah Sandersdən qabaq ABŞ prezidentinin özü də jurnalistlər qarşısına çıxaraq, bəzi fikirlərinin yanlış anlaşıldığını etiraf etmək məcburiyyətində qalıb. Tramp xüsusilə Helsinkidə Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini düşünmədi barədə fikirlərini yalanlayıb. Jurnalistlərə verdiyi birifinqdə dilə gətirdiyi sözlərinin daha çox açıqlamağa ehtiyac duyduğunu etiraf edən Tramp məqsədilə ifadələrinin üst-üstə düşmədiyini bildirmişdi: "Məsələn, “niyə Rusiya olduğunu düşünməliyəm?” sözlərini işlətməyimə baxmayaraq, məqsədim " niyə Rusiya olduğunu düşünməməliyəm?" idi”.

Tramp və komandasının bu “etirafları” adamın yadına danışığını bilməyən padşahın əhvalatını salır. Əhvalata görə, saray əhli bu problemin çarəsini padşahın özünə ip bağlayıb ucunu vəzirə verməkdə tapırlar. Padşah hər səhv edəndə vəzir yavaşca ipi çəkib onu öz səhvini düzəltməyə yönləndirməli imiş.

Təkcə öz ölkəsini deyil, super güc olması səbəbilə bütün dünyanı idarə edən Trampın bu halı qorxuludur və ABŞ prezidentinin xarici dövlət liderlərilə apardığı danışıqların nə dərəcədə etibarlı olub-olmadığı suallarına yol açır.




Ana səhifəyə qayıt        Baxış: 581          Tarix: 19-07-2018, 09:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma