Xəbər lenti
Dünən, 19:25

  

Türkiyə Bransonun sərbəst buraxılması qarşılığında ABŞ-dan Halkbank haqqında istintaqı dayandırmağı və banka qarşı tətbiq olunan maliyyə sanksiyalarını dayandırmağı tələb edir.

Ovqat.com xəbər verir ki, bu iddianı “Wall Street Journal” (WSJ) qəzetinə Ağ Evin yüksək çinli rəsmisi bildirib.

 Məlumata görə, təklif Tramp hakimiyyəti tərəfindən rədd edilib, dolayısıyla, Türkiyəyə qarşı yeni sanksiyaların önü açılıb.

 Qeyd edək ki, bənzər iddia bir müddət əvvəl İngilis qəzeti “Financial Times” tərəfindən də tirajlanmışdı. Qəzet ötən may ayında ABŞ məhkəmələri tərəfindən 32 ay həbslə cəzalandırılan “Halkbank”ın sabiq Baş direktor müavini Hakan Atillanın sərbəst buraxılmasının sövdələşmə mövzusu olduğunu yazmışdı.

Ötən ilin sonlarından başlayaraq bu ilin may ayına qədər davam edən və Türkiyə hakimiyyətinə qarşı ciddi ittihamlarla yadda qalan Zarrab davasından sonra Halkbank ABŞ Xəzinədarlığına bağlı Xarici Əmtəələrə Nəzarət Ofisi (OFAC) tərəfindən cəzalandırılaraq milyardlarla dollarlıq kapital mübadilələrindən kənarlaşdırılmışdı.




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 21-08-2018, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma