Xəbər lenti
Dünən, 19:25

  

“Türkiyənin iqtisadi sıxıntı yaşayacağını uzun zamandan bəri bəlli idi. Bununla bağlı ABŞ prezidenti Donald Trampı ittiham etmək doğru deyil”.

Ovqat.com xəbər verir ki, bu iddianı “Forbes” jurnalının yazarı Simon Konsteybl irəli sürüb.

Müəllif qələmə aldığı yazısında bildirib ki, bəzi analitiklər  Trampın sanksiya qərarları ilə TL-nin (Türk lirəsi) ucuzlaşması arasında səbəb-nəticə əlaqəsi qururlar, ancaq bu yanaşma yanlışdır:

“ ABŞ-ın addımları sadəcə Türkiyənin ötən il nəhəng bir devalvasiya ilə üzləşən problemli iqtisadiyyatına vurulan son zərbədir. TL ötən avqustdan bu yana haradasa yarı-yarıya dəyər itirdi. Keçən ilin sentyabr ayında, yəni haradasa bir il əvvəl, “asan pul”la nəhəng hökumət xərclərindən formalaşan ikili siyasətin iqtisadiyyatı həddən artıq isidə biləcəyini demişdim. Başqa sözlə, hökumət inflyasiya faizlərindən aşağı faiz dərəcələri və büdcəyə qarşı israfçı bir münasibətlə iqtisadiyyatı canlandırmaq üçün çox şeylər etdi. İqtisadiyyat o zaman tam gücüylə işləyirdi. Mən o vaxt kredit partlamasından yumşaq bir keçidlə kəskin devalivasiyaya son qoyula biləcəyini bildirmişdim”.

Yazısında daha sonra Türkiyənin idxal-ixrac nisbətlərini və valyuta üzərindən milyardlarla dollarlıq borcuna dair statistik məlumatları oxucularla bölüşən Konsteybl fikirlərini bu cür tamamlayır:

 "Gedişatdan belə görünür ki, iqtisadiyyat yaxın aylarda sərt tənəzzül yaşaya bilər. Bazarlar bir növ siyasi açıqlamalar gözləntisindədir. Amma Türkiyə nə qədər uzun müddət gözləsə, nəticədə bir o qədər pis şeylər olacaq. Tablo xoş deyil və ABŞ Prezidenti ilə çox az əlaqəsi var".

ABŞ-ın ən məşhur və ciddi jurnallarından sayılan “Forbes” dünya iş adamlarının ən çox etibar etdiyi mətbu orqanlardandır. Jurnal xüsuslə  dünyanın ən zəngin iş adamları və milyarderlər siyahısıyla tanınır. “Forbes”in bu və digər mövzularda apardığı detektiv araşdırmalarına 100% dəqiq gözüylə baxılır.




Ana səhifəyə qayıt        Baxış: 683          Tarix: 28-08-2018, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma