Xəbər lenti

  

Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq Proqramı üzrə direktoru Joot Hiltermann Almaniyanın  DW informasiya agentliyinə verdiyi müsahibədə Suriya konfliktinin indiki durumunu şərh edib. Analitik müsahibəsində həmçinin Türkiyə-Rusiya münasibətlərinə də aydınlıq gətirib.

Müsahibəni Ovqat.com oxucularına təqdim edirik:

-Türkiyənin sərt etirazlarına, Qərb dövlətlərinin siyasi həll çağırışlarına baxmayaraq, Əsəd rejiminin müxaliflərin son qalası olan İdlibə hərbi hərəkatının qarşısı alınacaq kimi görünür. Artıq diqqətlər Əsəd üzərinə öz ağırlığını qoyaraq, hərəkatın ən azından məhdudlaşdırılmasını təmin etməsi gözlənilən Rusiyaya çevrilib. Sizcə, Moskva nə edəcək?

 

-Rusiya Əsəd rejiminin Suriya torpaqlarında nəzarətini təmin etmək istəyir və növbə müxaliflərin əlində yeganə bölgə olaraq qalan İdlibə gəlib. Rusiya əməliyyatın həyata keçirilməsinin lazım olduğunu söyləyir. Ancaq İdliblə bağlı gərginliyin azaldılması Türkiyə və Rusiya arasındakı müzakirələrdən də çox asılıdır.

 

-Bəs, Türkiyə-Rusiya danışıqlarında əsasən nəyə diqqət yetirilir?

 

- Görünən odur ki, Rusiya gərginliyi azaltma anlaşma kontekstində əl-Qaidəyə bağlı Heyət Təhrir əl-Şamla əlaqədar Türkiyəyə "bəs, bu işi həll edəcəkdin?",- deyir. Türkiyə isə "heç bir şey etmədim, çünki müşahidəçilərimizi ancaq göndərmişik, mülayim müxalifləri cihadçılardan qoparmaq asan deyil, bir az zamana ehtiyacımız var",- cavabı verir. Ankara cihadçılara qarşı hərbi əməliyyat keçiriləcəyi təqdirdə, onların Türkiyədə şəhərlərində cavab hücumlarına girişmə ehimalından narahatdır. Ankara bu qrupları himayə edəcəyi təqdirdə isə onları Türkiyəyə gətirməsi və saxlaması lazımdır. Ankara üçün bu dəhşətli bir variantdır. Bu səbəbdən də Türkiyə Rusiyaya, "Bizə zaman ver, rejim hərəkatı başlayarsa, o zaman Türkiyəyə köç dalğası olacaq. Bunu istəmirik",- deyir. Ancaq belə görünür ki, Rusiya "üzgünük, amma vədə qurtardı, rejimin İdilibdə hakimiyyətini yenidən bərpa etməsini istəyirik. Bunu etmək rejimin haqqıdır", - deyərək təzyiqlərini artırır.

 

 - Sizcə, Rusiyanın təzyiqləri artırma strategiyasının hədəfi nədir?

 

-Rusiya genişmiqyaslı bir hərəkat olacağını deyir. Əsəd rejimi hərəkata başlasa, Türkiyə də Dəməşqlə danışıqlar masasına oturmağa məcburdur. Ankara Əsəd rejiminin artıq möhkəm olduğunu anlamağa başlayıb,  amma görüşə müsbət yanaşmır. Rusiya məhz Ankara buna məcbur etməyə çalışır. Rusiya Avropa İttifaqının, Türkiyənin, ABŞ-ın birbaşa Əsəd ilə görüşə başlamasına böyük əhəmiyyət verir, müharibə öncəsi status-kvonun geri qaytarılmasını təmin etmək istəyir.

 

 

 - İdilibdə genişmiqyaslı bir hərbi hərəkatın insani fəlakətə yol açacağı və Türkiyəyə yeni köç dalğasının yaşana biləcəyi narahatlığı dilə gətirilir. Bu narahatlıqlarla razısınızmı?

-Rusların hədəfinin bu olduğunu düşünmürəm, çünki Rusiya Türkiyə ilə münasibətlərinin qopmasını istəmir. Genişmiqyaslı hərbi əməliyyatla Rusiya Türkiyə və Əsəd rejimini danışıqlar masasına oturtmağa, mülayim müxalifləri isə rejimlə razılaşmağa məcbur etməyə çalışır. Çünki cihadçılar bundan imtina edəcəkləri təqdirdə Türkiyə və Rusiya onlara qarşı hərbi əməliyyatlara başlaya bilərlər. Tərəflər arasındakı sülh danışıları yoluyla köç axınının da qarşısı alınar. Mən bu strategiyanın həyata keçirilib-keçirilməyəcəyini deyə bimərəm, amma fikrimcə, prosesin arxasında yatan hesab budur.

 

-Son yazınızda "2011-ci ildə Əsədin devrilməsi və regionda nüfuzunu artırmaq məqsədiylə müxalifləri dəstəkləyən Ərdoğan iddiasını itirib",- demisiniz.

 

- Bəli, Türkiyə itirdi. Amma təkcə Ərdoğan deyil, Qərb də, Aİ də, ABŞ da, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri də itirdilər. Həqiqətən, üsyan və qiyam yolu ilə rejim dəyişikliyi iddiasına düşən hər kəs itirdi. Çünki Əsəd rejimi İran və Rusiyanın dəstəyi ilə onlara qalib gəldi. Təbii ki, sərhəd ölkə olması səbəbiylə məğlubiyyətin nəticələri Türkiyə üçün daha ağırdır. Bundan başqa, Türkiyə təkcə suriyalı müxaliflər məsələsində deyil, eyni zamanda Yaxın Şərq miqyasında üsyanlar yolu ilə mövcud hakimiyyətlərin devrilməsini təmin edə biləcək yeganə mütəşəkkil qrup olan Müsəlman Qardaşlar ilə bağlı iddiaya girişmişdi. Amma Misirdəki çevriliş Ərdoğanın bu iddiasını da itirməsinə yol açdı. Türkiyənin qazandığı nüfuz Müsəlman qardaşların məğlubiyyəti geriləməyə başladı.

 

-Suriya müxalifləri dəstəkləyən yeganə ölkə Türkiyə idi. Amma görünən odur ki, Türkiyə bu problemlə, xüsusilə cihadçılar məsələsi ilə təkbətək qalıb.

 

-Cihadçılar məsələsi hamımıza - Hollandiyaya, Belçikaya, Fransaya, Almaniyaya, ərəb ölkələrinə və təbii ki, sərhəd olduğu üçün hər kəsdən öncə və daha çox Türkiyəyə zərər vurdu. Türkiyə müxalif adlandırılan qrurların Suriyaya keçişini təmin etdi, onlar aldıqları təlimlərlə cihadçıya çevrildilər və indi Türkiyə bunun nəticələrilə qarşı-qarşıyadır. Bunun bir adı var: əks-təsir effekti. Bu mövzuda çox kitablar yazılıb.

 

 - Əsədin hakimiyyətini qoruması, cihadçılar və köç dalğası, bir də Türkiyənin təhlükəsizliyinə təhdid kimi gördüyü, PKK-nın Suriyadakı davamı olaraq qəbul olunan PYD məsələsi... Görünən odur ki, Türkiyənin bütün cəhdlərinə baxmayaraq, Suriyanın gələcəyində PYD də rol oynayacaq. Sizin proqnozlarınız nələrdir?

 

-PYD hazırda bir az küncə sıxışdırılmış vəziyyətdədir. Çünki Rusiya Əsəd rejiminin PYD-nin nəzarətindəki ərazilər daxil olmaqla, bütün Suriyada nəzarəti təmin etməsini istəyir. Rejim müsbət yanaşmasa da, Rusiya kürd muxtariyyətindən o qədər də narahat deyil və PYD indi Dəməşq ilə danışıqlara başlayır. Keçmişdə görüşməsinə və yenidən Türkiyə ilə PKK arasında bir danışıq prosesinin başlaması ehtimalına baxmayaraq, tamamilə MHP-dən asılı vəziyyətdə qalan Ərdoğanın bunu etməsi mümkün görünmür.

Tərcümə Ovqat.com-a aiddir.




Ana səhifəyə qayıt        Baxış: 1 419          Tarix: 31-08-2018, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma