“Əsəd rejimi Suriyanın cənub-qərbində atəşkəsin pozumasına son verməlidir. Yoxsa artan gərginliyin məsuliyyəti Rusiyanın üzərndə qalacaq”.
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki Daimi nümayəndəsi Nikki Haley bildirib.
Xanım diplomat Bəşər Əsəd tərəfindən pozulan atəşkəsin məsuliyyətini niyə Rusiyanın daşımasına isə belə aydınlıq gətirib:
"Rusiyanın Suriyadakı missiyası atəşkəsin tətbiqinə nəzarət etməkdir. Ondan Bəşər Əsədi dayandırmasını gözləyirik. ".
Nikki Haley yaydığı bəyanatında regionda keçirilən hava əməliyyatlarının və raket hücumlarının atəşkəsi riskə atdığını və vətəndaşların yurd-yavasından didərgin düşməsinə səbəb olduğunu iddia edib.
Suriya rejiminin ölkənin cənub-qərbində başlatdığı hərbi əməliyyata digər reaksiya İngiltərədən gəlib. İngiltərənin Yaxın Şərq məsələləri üzrə naziri Alistair Burt “son günlərdə bölgədə keçirilən hava və ağır silah hücumlarının vətəndaşların yurd-yuvasından didərgin salınmasına və can itkilərinə səbəb olduğunu” vurğulayaraq alınan məlumatlardan çox narahatlıq duyduğunu bildirib.
Burt “rejimin hərbi təcavüzü”nün ötən il Rusiya, ABŞ və İordaniya ilə əldə olunan, ölkəsinin də dəstəklədiyi "gərginliyin azaldılmasına dair atəşkəsin pozulduğu mənasına gəldiyini" ifadə edib.
İngilis nazir də hadisələrlə bağlı Rusiyaya müraciət edib: "Rusiyanı bu müqavilə çərçivəsindəki öhdəliklərini yerinə yetirməyə və Suriya rejiminin atəşkəsə əməl etdiyindən əmin olmağa çağırırıq. Bunu etməməsi halında regional sabitliyi zəiflədəcək və humanitar böhranı riskə atacaq".
Paylaş: