Xəbər lenti
Dünən, 19:25

 Son illərin gömrük məlumatlarının təhlili əsasında ortaya qəribə, hətta Azərbaycan reallığında belə sensasiyalı məlumatların çıxması davam edir.

“AzPolitika.info“nun məlumatına görə, əvvəlki illərin böyük korrupsiya əməliyyatlarından xəbər verən növbəti statistik təhlilə iqtisadçı Rövşən Ağayev diqqəti yönəldib.

“Açıqlanan gömrük statistikasından belə anlaşılır ki, uzun illər gizli idxalın əsas mənbələrindən biri də qiymətli daş və metallar olub” – deyə, R.Ağayev rəsmi statistikaya əsaslanaraq “Facebook”da yazır.

Rəsmi məlumatlara nəzər salarkən iqtisadçının diqqətini çəkib ki, “Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar” adlanan əmtəə qrupu üzrə idxalın dəyəri 2016-cı ilin 9 ayında 23.3 mln. dollar, 2017-ci ilin 9 ayında 25.5 mln. dollar olub. 2018-ci ilin eyni dövründə birdən-birə 20 dəfəyədək artaraq 477 mln. dollara çatıb!

ziynet-qizil_700x390

“Ölkədə iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin artmadığı, əksər ailə təsərrüfatlarının qazancının gündəlik mallar səbətinə yetmədiyi bir şəraitdə zinət əşyalarına tələbatın 1 ildə 20 dəfə artması hər halda heç kimə inandırıcı gəlməz.

Kim bilir, bəlkə ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının elə hakimiyyətin özü tərəfindən izləməyə götürülməsi səbəbindən zənginlərin zinət əşyalarına tələbatı artıb?
Hər halda maraqlı statistikadır…

Bu əmtəə qrupu üzrə büdcə ödənişlərinin dinamikasını da illər üzrə izləmək çox maraqlı olardı”, – R.Ağayev belə yazır.

Həqiqətən də, R.Ağayevin də dediyi kimi, çox maraqlı statistikadır. Ölkədə 1 il ərzində zinət əşyalarına tələbatın artmasını rəsmi qurumlar nə ilə izah edə bilərlər?

V.Nəsibov
AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 17-12-2018, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma