Güney Azərbaycanın mərkəzi şəhəri olan Təbrizdə divarları bədən orqanları, xüsusi ilə də böyrəyini satmaq istəyənlərin elanları bürüyüb.
Məlumata görə, ehtiyac ucbatından orqanlarını satmaq istəyənlər divarlara elanlar yapışdırır. Bu məsələ vicdanlı insanların ciddi narahatlığına səbəb olur.
Soydaşlarımızdan biri divarlara yapışdırılan onlarla elanı kameraya çəkib, o bu hadisədən çox təsirləndiyini bildirib.
Ölkədə yoxsulluğun bu həddə çatmasında İran rejiminin terrora dəstək verməsi, qonşu ölkələrin daxili işlərinə müdaxilə etməsi, nüvə silahı yaratmaq istəyi və s. kimi amillər, həmçinin bu amillərdən dolayı iqtisadi sanksiyalara məruz qalması böyük rol oynayır. Bundan əlavə, İran rejiminin Güney Azərbaycana qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasəti, bölgədə inkişafın qarşısını alaraq iqtisadi tənəzzülə səbəb olur.
Güney Azərbaycan Milli Hərəkatının əsas tələblərindən biri Azərbaycanda iqtisadi inkişafı təmin etmək və yoxsulluğu aradan qaldırmaqdır.
GünAz TV:
Paylaş: