"Türkiyə NATO daxilində inanılmaz dərəcədə mühüm bir tərəfdaş olmağa, biz də müttəfiqi olaraq Türkiyəyə sadiq qalmağa davam edirik”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın Avropa, Afrika və NATO Hava Qüvvələri komandiri Cefri L. Harrigian Nyu York Xarici Mətbuat Mərkəzində keçirdiyi brifinq zamanı deyib.
Jurnalistlərin suallarına cavab verən general əsasən Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə raketləri və NATO üzvlüyü mövzusu üzərində dayanıb. Onun fikrincə, bu, çətinlikləri olan və yaxın perspektivdə S-400-lərin Türkiyədə fəaliyyət göstərməsini istəmədikləri, amma reallıqlarla razılaşaraq yola davam etmək məcburiyyətində qalacaqları bir problemdir. NATO üzvü olan Türkiyə ilə birgə işləməyə davam edəcəklərini vurğulayan Harrigian xüsusilə hərbi baxımdan iki ölkə arasında münasibətlərin və əməkdaşlığın çox güclü olduğunu vurğulayıb: "Yolumuzda hər zaman üzərində işləmək məcburiyyətində qalacağımız gərginliklər olacaq, amma türk tərəfdaşlarımızla birlikdə həyata keçirdiyimiz işlərin çox möhkəm olduğuna sizi əmin edirəm. Güclü bir münasibətimiz var".
İncirlik hərbi bazasının iki ölkə arasında nümunəvi bir əməkdaşlığın örnəyi olduğunu vurğulayan Harrigian fikirlərini belə əsaslandırdı: "İncirlik bizim üçün strateji bir yerdir, inanılmaz dərəcədə əhəmiyyətlidir və orada Türk tərəfdaşlarımızdan fövqəladə dəstək alırıq".
İncirlik hərbi bazasını illərlə davam edən çalışma və etimad nəticəsində mühüm əlaqələrin yarandığı yer kimi qiymətləndirən Harrigian bu əməkdaşlığın vacibliyi barədə deyib:
"Bunun dünyamızda olan digər şeylərin içində itib batmaması gərəkən bir sahə olduğunu düşünürəm".
Paylaş: