Xəbər lenti

 

Türkiyənin Fəratın şərqinə başladığı Sülh Bulağı Hərəkatı hava və quru əməliyyatları davam edərkən, Şimali Suriyada nələrin dəyişiləcəyinə dair suallar artır. Türk strateqi, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nihat Əli Özcanın alman xəbər portalı olan DW-yə verdiyi müsahibə bu suallara aydınlıq gətirir. Türkiyədə baş verən hadisələr Azərbaycan xalqını da düşündürdüyündən müsahibəni öz ləhcəmizə sadələşdirdik.

Müsahibəni Ovqat.com oxucularına təqdim edirik

 

   - Türkiyənin Fəratın şərqində əməliyyat keçirməsinin mənası nədir?

 

- Bu əməliyyat əslində gurultu qopardığı qədər böyük bir şey deyil. Xüsusilə son 20 ildə Yaxın Şərqdə, bu bölgədə baş verənlərə baxdığınız zaman adi hadisə yaşadığımızı belə deyə bilərik. İraqda, Əfqanıstanda, Suriyada olana baxın, bütün bunların içində Türkiyənin apardığı bu əməliyyat hər halda ümumi mənzərənin kiçik bir parçasıdır. Hadisələrin fonunda böyük söhbətlər etmək olar, amma son 20-30 ildə Yaxın Şərqdə olub-bitənə nəzər salanda əslində çox da önəmli bir hadisə ilə üzləşmirik.

 

- Amerikanın əməliyyatlardakı rolu nədən ibarətdir?

 

-Əməliyyatın, təbii ki, birdən çox müstəvisi var. Hərbi istiqaməti var. Həyəcanlı hərəkətlilik daşıdığı üçün hər kəs ona yönəltmiş durumda. Amma onun arxasında, təbii ki, bir də diplomatik və siyasi tərəflər var. Məndən soruşsanız, bunun ən mühüm və ən mürəkkəb cəhəti siyasi istiqamətidir. Bu da Türk-Amerika əlaqələri və Amerikadan gələn o mürəkkəb siqnallarla bağlıdır. Yəni Trampla Ərdoğan arasında qərara bağlanmış müqavilə, bir kağız varmı, yoxsa bu şifahi olaraqmı bir qərara gəlindi? Şifahi olaraq razılıq əldə olundusa hər iki tərəfin, həm siyasi mədəniyyəti, həm də əldə edilən müqaviləyə sədaqət ölçülərinin açıq olub-olmadığı məsələsi hazırda yəqin ki, növbəti prosesdə hər iki tərəf ciddi mənada müzakirə edəcək.

-Türk əsgərinin Fəratın şərqində arzuladığı kimi 30-35 kilometr dərinliyə getməsi mümkünmü?

-Hər bir hərbi əməliyyat hansısa siyasi hədəfi həyata keçirmək üçün aparılır. İndi bu hərəkatla gözlənilən siyasi məqsəd arasında mütənasiblik varmı; hazırda bunu müəyyən etmək mümkün deyil. Çünki araya diplomatik bəzi görüşlər girdi. Tramp Ərdoğanı Amerikaya dəvət edib. Buna görə də arada təxminən bir aylıq müddət var. Bu əməliyyat razılaşdırıldığı sərhədlər içindəmi, yəni 120 kilometrliyində 25-30 kilometr dərinlikdəmi qalacaq, yoxsa bölgədəki hərbi zərurətlər əsgərləri istər-istəməz daha dərinliyə getməyəmi məcbur edəcək? Onu sahədəki şərtlər müəyyən edəcək. Amma siyasi nöqteyi-nəzərdən baxdıqda Ərdoğanla Tramp arasında sanki bir anlaşma varmış kimi görünür. Bu isə həm Türkiyədəki kürd məsələsinə, həm də dünyada yaşayan kürdlərin üz-üzə olduqları mövqeyə ciddi mənada təsir edəcək bir hadisədir.

-Əməliyyat nə qədər sürə bilər?

 

-Hər bir hərbi əməliyyat bir planla, bir niyyətlə başlayır, ancaq heç kim heç bir plana uyğun irəliləməz. Bu bir ümumi qaydadır. Çünki bu cür hərbi əməliyyatların içində minlərlə, milyonlarla qeyri-müəyyənliklər olur. O üzdən də bunun hansı müddətə başa çatacağını deyə bilmərik. Ancaq əməliyyat üçün seçilən bölgədə yaşayan insanların şəxsiyyət vəsiqələrinə baxdığınız zaman buranın 90% ərəblərdən ibarət olduğunu görmək mümkündür. Ərəblərdən ibarət olan bir bölgədə coğrafi şəraiti də nəzərə aldıqda Suriya Demokratik Güclərinin (SDG), ya da PYD-nin ciddi mənada müqavimət göstərəcəyini gözləmirik. Onlar da müharibəni şəhərlərə çəkməyə çalışacaq. Ancaq şəhərlər təkcə fiziki məkanlar deyil, içindəki insanlarla bir bütün olduğu üçün PKK-ya və ya PYD-yə əlverişli bir müdafiə imkanı təmin etməyə bilər.

 

-Türk əsgəri PKK ilə necə bir isti qarşıdurma yaşaya bilər?

 

 -PKK-PYD öz təcrübələrinə əsaslanaraq, əlindəki texniki imkanlarla və bölgə gerçəkliyindən yola çıxaraq ilk mərhələdə Türk ordusuna, ya da oradakı Türkiyənin dəstəklədiyi qruplarla dərhal savaşmayaq. Mübarizəsini zamana yayaraq Türkiyəni və Türk əsgərini o bölgədə zəiflətməyə çalışacaq, onun bölgədə nizam inşa etməsinə mane olacaq taktikalarla hərəkət edəcək. Yəni daha çox tank əleyhinə raketlərdən istifadə edərək, pusqular quraraq, partlayıcılar döşəyərək partizan tərzi taktikalarla ordunu zəiflətməyə çalışacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 572          Tarix: 10-10-2019, 17:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma