Xəbər lenti

  

“Minlərlə kilometr uzaqdan gəlib orada yerləşəksiniz, Suriya ilə 911 kilometr boyu sərhədi olan Türkiyəyə burada nə işiniz var deyəcəksiniz? Bizim orada işimiz çox aydın və çox açıqdır. Suriya və İraq boyu, min 300 kilometrlik sərhədlərimizin cənubunda yaradılmağa çalışılan terror dövlətini ortadan qaldırmaqdır. Əməliyyatla birlikdə o regiondakı ərəblər və kürdlər, rahatlıq tapacaqdır"

Ovqat.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Baş naziri, hazırda İzmirdən seçilən millət vəkili olan Binalı Yıldırım deyib.

Yalova universitetində təşkil olunmuş toplantıda çıxış edən Yıldırım “Barış pınarı” əməliyyatı barədə danışarkən ABŞ-ı dəfələrlə xəbərdarlıq etmələrinə rəğmən heç bir nəticə ala bilmədiklərindən gileylənib:

“Mənim Baş nazirliyim dövründə Prezidentimiz bir tərəfdən, biz bir tərəfdən NATO müttəfiqimiz Amerika Birləşmiş Ştatlarına dəfələrlə xəbərdarlıq etdik, dedik k,  getdiyiniz bu yol səhv yoldur. Bir terror təşkilatı DEAŞ-ı yox etmək üçün bir başqa terror təşkilatını istifadə etmək dövlətlərə yaraşmaz. Bəs DEAŞ-ı yox etdikdən sonra bu terror təşkilatını nə edəcəksiniz? Onu da yox etmək üçün başqa bir terror təşkilatımı kəşf edəcəksiniz? Bu ağla ziyan bir işdir. O zaman bizə demişdilər: "Bu, bizim üçün seçkim deyil, məcburiyyətdir”. Və təəssüf ki, yanlışda israr edildi”.

 PKK/YPG-nin adi bir terror təşkilatı olmadığını bildirən Binalı Yıldırım onun dost və müttəfiq dövlətlər tərəfindən silahlandırıldığının altını cızıb:

“Təəssüf ki, bu terror təşkilatı adi bir terror təşkilatı deyil. Bu terror təşkilatı dost bildiyimiz ölkələr tərəfindən bir neçə ildə böyük dəstəklə techiz edilmiş bir təşkilatdır. Nümunə vermək gərəkirsə, 3 il içərisində bu terror təşkilatına verilən silah və sursatlardan bir neçəsini açıqlayıram: 37 min kalaşnikof avtomatı, 7 min 500 pilemyor, 4 min ağır pulemyot, 3 min 400 RPG7 tipli raketatan, 315-ci qaubitsa, 1000 ədəd ABŞ və Rusiya istehsalı AT4 tanksavar silahı, 195 snayper tüfəngi, 450 PV7 tipi gecə durbini, 150 ədəd ultraqırmızı lazer durbin və siyahı uzanıb gedir. Terrorçular nə edəcəkdilər bunları? Nə etdiklərini görürük. Təsirsiz hala gətirdiyimiz hər terrorçu qrupdan geridə qalan silahlar məhz bu silahlardır”.

Binalı Yıldırım Türkiyənin başlıca hədəflərində birinin də Suriyanın ərazi bütövlüyü olduğunu vurğulayıb: “Suriyanın ərazi bütövlüyü bizim üçün prioritet məsələdir. Bunun təminatçısı isə Türkiyədir”.




Ana səhifəyə qayıt        Baxış: 1 796          Tarix: 11-10-2019, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma