![](/templates/Wmediat51/images/vetendash.jpg)
“Mikonosda xalqın milyonları ilə kef çəkən qudurğan gənclər kimin övladlarıdır?”
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının lideri Qubad İbadoğlu bu sualla çıxış edib.
Tanınmış iqtisadçı alim bu gün paylaşdığı facebook statusunda qeyd edib ki, Mikonosda keyf çəkəb harınlamış gənclərin günlük xərci Azərbaycanda orta pensiya səviyyəsində 875 nəfərin aylıq təqaüdünə bərabərdir.
Qubad İbadoğlu daha sonra yazır:
“Əyləncəli Yunan adası Mykonosda tətil edən Azərbaycanın harınlamış, qlamur həyat tərzini gündəlik yaşayışına çevirən məmur övladları 19 günlük istirahətə 2 milyon avro xərcləyib. Bu hər günə orta hesabla 105 min 263 avro deməkdir və ya onların günlük xərci Azərbaycanda orta əmək haqqı səviyyəsində 335 nəfərin aylıq məvacibinə və ya orta pensiya səviyyəsində 875 nəfərin aylıq təqaüdünə bərabər olub. Yunanıstan televiziyası bu barədə ayrıca reportaj da hazırlayıb. Reportajda deyilir ki, gənclər adada bahalı villalarda qalıb və dincəldikləri müddət üçün təkcə mənzil haqqına 475 min avro ödəyiblər. Onları hər addımda izləyən 12 cangüdən olub. Həmin cangüdənlərin hər biri gündəlik 700 avro maaş alıb. Hətta ABŞ prezidentini qoruyan mühafizəçilərə gündə bu qədər ödəniş edilmir”.
Qeyd edək ki, Yunanıstanın dövlət televiziyası bu bədxərc gənclərin SOCAR rəhbərlərinin uşağı olduğunu bildirib.
Paylaş: