Xəbər lenti
Dünən, 19:25

  

Kürd separatçıları Türkiyənin cızdığı güvənli bölgənin kənarına çəkilib.

Ovqat.com xəbər verir ki, məlumatı Demokratik Suriya Güclərinin mətbuat katibi Mustafa Bali açıqlayıb.

Mustafa Bali Şimali İraq mərkəzli “Rüdaw” informasiya portalına verdiyi açıqlamada Türkiyə sərhəddindən 32 kilometr cənuba çəkildiklərini qeyd edərək, bu addımın Türkiyə və Rusiya arasında Soçidə əldə edilən anlaşma çərçivəsində atıldığını qeyd edib.

 "Regionda yeni təhdidlərin meydana gəlməməsi və qarşıdurmaların baş verməməsi üçün qüvvələrimiz Rusiyanın zəmanəti altında 32 kilometr geriyə çəkildi. Rusiyanın Dəməşq rəhbərliyi ilə siyasi çözüm dialoqlarına başlaması təminatı ilə bəlgəni tərk etdik".

 Suriya Xarici İşlər və Mühacirlər Nazirliyi də məlumatı təsdiqləyib və separatçıların geri çəkilməsini razılıqla qarşılayıb. Nazirlik adından yayılan bəyanatda bu addım "Türkiyənin amansız təcavüzünə qarşı əsas bəhanənin ortadan qalxması" kimi qiymətləndirilib.

Qeyd edək ki, Ankara və Moskva arasında əldə edilən razılığa əsasən, bir həftə davam edən atəşkəs dönəmində kürd separatçıları Türkiyə sərhəddindən 32 km geri çəkilməli idi. Verilən möhlət bu gün tamamlanırdı.




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 27-10-2019, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma