Xəbər lenti
27-11-2024, 19:25

 

Ovqat.com bu gündən etibarən dəyərli oxucularımıza maraqlı sənədli filmlər təqdim etməyə qərar verdi.

Hər gün saat 8.00-da saytımızda diqqətinizə sunacağımız filmlərdə dünyanın yaradılışından tutmuş təbiətə, tarixi hadisələrə qədər ən maraqlı məlumatlar ehtiva edən filmlərlə tanış ola biləcəksiniz.

Bu gün təqdim etdiyimiz sənədli film 1920-ci ildən bəri astronomiya elminin əsas nəzəriyyəsinə çevrilmiş Genişlənən Kainat və Böyük Partlama düşüncəsini masaya yatırır. Doğrudanmı, hər şey Böyük Partlamadan yarandı?

1920-ci illərdə rusiyalı kosmoloq və riyaziyyatçı Alexander Friedmann və belçikalı fizik pastor Georges Lemaytr tərəfindən irəli sürülən bu nəzəriyyə kainatın başlanğıcına aydınlıq gətirməyə çalışırdı.  Daha sonra Amerikalı alim Edwin Habblın 1929-cu ildə uzaq qalaktikalarda ulduzların getdikcə qırmızıya çalmasını, bunun da onların bizdən uzaqlaşması demək olduğunu kəşfiylə sübuta yetirilən Böyük Partlama və Genişlənən Kainat nə qədər doğrudur? Hər şey bir partlayışla meydana gəldisə, bu necə baş verdi?

Nəzəriyyənin nə qədər sübuta yetirildiyi iddia edilsə də, onun hələ də bəzi suallara cavab vermədiyi şübhəsizdir. Bəs, bu suallar nədən ibarətdir?

100 ildir alimlərin üzərində baş sındırdığı həmin suallara mütəxəssislərin gözüylə nəzər salan sənədli filmi seyr edə bilərsiniz.




Ana səhifəyə qayıt        Baxış: 1 403          Tarix: 17-11-2019, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma