Xəbər lenti

  

"...Deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir".

Ovqat.com xəbər verir ki, Milli Məclisin bugünkü toplantısında qəbul olunan qərarda belə deyilir.

Faktiki olaraq deputatların xalq tərəfindən seçilmədiyinin etirafı kimi səslənən bu fikrə Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun münasibətini öyrəndik.

Milli Məclisin son 27 illik fəaliyyəti dövründə ilk dəfə ən doğru qərarını verdiyini bildirən İlyas İsmayılov fikrini belə əsaslandırdı: “Sağ olsunlar, yaxşı etirafdır. Həqiqətən də mövcud hakimiyyətin indiyə qədərki fəaliyyəti dövründə deputatlar ölkə vətəndaşları tərəfindən seçilmir, saxta prokotollar yazılaraq mandat alırdılar. Bu mənada onları heç deputat da saymaq mümkün deyildi”.

Partiya sədrinin bildirdiyinə görə, parlament üzvlərinin bu etirafından sonra onlar tərəfindən qəbul olunan bütün qanun və qanun mahiyyətli qərarlarının legitimliyi şübhə altında qalır: “Hesab edirəm ki, növbəti parlamentin üzərinə böyük məsuliyyət düşəcək. Həqiqətən də milli iradənin real təmsilçisi olmasını arzuladığımız növbəti parlament bütün qanunları başdan-ayağa yenidən gözdən keçirməli və mürtəce maddələri mütərəqqilərilə əvəz etməlidir. Bu baxımdan könül istərdi ki, növbəti parlament həqiqətən də xalqın iradəsi və səsverməsilə formalaşsın. Azərbaycanın həqiqi dövlətçilik ənənələrinin əsasının qoyulması növbəti parlamentin xarakterindən asılı olacaq”.




Ana səhifəyə qayıt        Baxış: 3 763          Tarix: 2-12-2019, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma