Xəbər lenti

 

Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

 

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.

 

“Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İran rəsmi media orqanları tərəfindən irəli sürülən bu iddianı Ovqat.com gündəmə gətirmiş və ekspert qismində mövqeyini soruşduğumuz bir AMİP yetkilisi isə iddiaları yalanlamışdı. Bax: https://ovqat.com/manset/35102-rad-bayramov-ran-da-sddam-huseynin-shvini-tkrarlayr.html

Müdafiə Nazirliyinin iddialarla əlaqədar rəsmi mövqeyini bildirməsi İranın bəzi media qurumlarının iki dövlət arasına nifaq salmaq cəhdlərinə verilmiş ən mötəbər cavabdır.




Ana səhifəyə qayıt        Baxış: 2 279          Tarix: 20-12-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma