Xəbər lenti

 

“Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib, uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı”.Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

 “Bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verən İlham Əliyevin həmin gün keçirilən bələdiyyə seçkisinin adını belə dilinə gətirməməsi Azərbaycanda yerli seçkilərin mənasızlığının ən bariz göstəricisidir”,-deyə iqtisadçı əlavə edib.

“Seçki şousu ilə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarının onların arasında bölüşdürməyin daha çox faydası olardı”

Q. İbadoğlunun sözlərinə görə, ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərclənib: “Bir sözlə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsi adı altında 65,2 milyon manat israf olundu. Halbuki, seçki şousu ilə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarının onların arasında bölüşdürməyin daha çox faydası olardı”.

 Şamo EMİN, Hurriyyet.org




Ana səhifəyə qayıt        Baxış: 527          Tarix: 25-12-2019, 02:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma