Xəbər lenti

 

“Türkiyənin Liviyaya əsgər göndərməsi ərəblərin milli təhlükəsizliyinə açıq bir təhdid yaradacaq və Aralıq dənizindəki sabitliyə mənfi təsir göstərəcək".

Ovqat.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bu gün yaydığı bəyanatda belə deyilir.

BƏƏ-nin dövlət agentliyi WAM-in məlumatına görə, Türkiyə parlamentinin Liviyaya əsgər göndərmək barədə qətnamə layihəsini qınayan nazirlik Ankaranı təhlükəli bir oyuna girişdiyini iddia edib: “Türkiyə radikalları və terrorçuları dəstəkləyərək və bu ünsürləri Liviyaya transfer edərək təhlükəli bir rolu öz üzərinə götürüb. Könüllü döyüşçülərin və Türkiyə dəstəkli silahlı qrupların Liviyada fəaliyyət göstərməsinə icazə vermək əvəzinə, tərəflər funksional bir dövlət quruluculuğu üçün çalışmalıdırlar”.

BƏƏ, həmçinin beynəlxalq ictimaiyyəti Türkiyənin bölgədəki gərginliyi artıran addımlarının qarşısında lazımi tədbir görməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 4-01-2020, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma