Xəbər lenti

 

Əbu-Dabi anti-İran mövqeyindən çəkiləcək və Tehranla əlaqələrini nizama salmağa çalışacaq.

“Anadolu” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri rəhbərlərinin gizli müşavirəsində fikir mübadiləsi aparılıb.

Şahzadə Məhəmməd bin Zayed Əl-Nəhayanın iştirakı ilə keçirilən müşavirədə BƏƏ-nin Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid əl-Maktum ölkəsinin xarici siyasətini tənqid atəşinə tutub.

“Liviya, yaxud Sudanda hakimiyyət dəyişməsinin BƏƏ-yə nə xeyri var? Siz düşünürsünüz ki, ABŞ İrana zərbə endirəcək, amma Tramp dialoqa çağırır. Tutaq ki, ABŞ həqiqətən İrana zərbə endirdi. Bu zaman İran kimə hücum edəcək? Tehran özü və yaxud husilərin vasitəsilə BƏƏ-yə və Səudiyyə Ərəbistanına hücum edəcək”.

Onun sözlərinə görə, BƏƏ-nin ərazisinə bircə raket düşsə, bütün xarici investorlar, hətta Asiyadan olan fəhlələr belə ölkəni tərk edəcək.

Dubay şeyxinin fikrincə, BƏƏ xarici siyasətini tamam dəyişməli və Yəməndən Liviyaya kimi miyonlarla dollar xərclərini kəsməlidir.

Şahzadə Məhəmməd bin Zayed Əl-Nəhayan Baş nazirin çıxışına dəstək verib və xarici siyasətdə dəyişikliklər edəçəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 2-08-2019, 14:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma