Xəbər lenti

  

İranı yenidən etiraz aksiyaları bürüyüb.

Ovqat.com xəbər verir ki, aksiyaçılar Ukrayna sərnişin təyyarəsinin vurulmasına etiraz edirlər.

“İstefa”, “Bişərəf” şüarlarının səsləndirildiyi aksiyalarda geniş xalq kütləsi hökuməti istefaya çağırıblar.

Qeyd edək ki, sərnişin təyyarəsi “Şəhid Süleymani” hərbi əməliyyatının keçirildiyi sıralarda yanlışlıqla vurulmuşdu. İran rəsmiləri bu hadisəni texniki qəza kimi təqdim etməyə çalışsalar da, ABŞ-ın ortaya qoyduğu dəlillər tamamilə təyyarənin raket zərbəsilə düşürüldüyünü sübuta yetirirdi. Nəhayət, İran rəsmiləri də bu səhər faktı etiraf etmək məcburiyyətində qaldı.

İran xalqı da bu səbəbdən meydana tökülüb hökuməti təcili istefaya çağırıb.

Maraqlıdır ki, əvvəllər xarici təhlükə İran xalqını vətənin müdafiəsində birləşdirirdisə, son zamanlar baş verənlər bu ölkə insanlarının artıq elə bir dərdi olmadığını, əksinə istənilən xoşagəlməz hadisədən hakimiyyətə qarşı bəhanə kimi istifadə edildiyini göstərir. Bu da İran tarixində bütün rejimlərin çöküşü, yeni dövlətlərin quruluşu əsnasında rast gəlinən durumdur.

Belə görünür ki, İranda rejim dəyişikliyi üçün xarici müdaxiləyə ehtiyac qalmayacaq. Bir zamanlar şahlıq rejimini devirən İran xalqı indi onun yerində qurulan teokratik rejimlə vidalaşmaq əzmindədir.

Prinsipcə, İranı bütün dünya ilə düşmən edən, xalqa ağır sanksiyalara sinə gərmək taleyi yaşadan və son zamanlar ABŞ və regional dövlətlərin hərbi müdaxiləsi ilə üzləşmək qorxusu altında yaşayan, bu da azmış kimi bir sərnişin təyyarəsini vurmaqla Qərb ölkələrini də qarşılarına alan rejimdən qurtulmaq cənub qonşumuzu Liviya və Suriya kimi Yaxın Şərq ölkələri ilə eyni aqibətdən sığortalaya bilər. Belə görünür ki, iranlılar da bunun fərqindədir və kənar müdaxilələr olmadan başlarının çarəsinə baxmaq istəyirlər.

 




Ana səhifəyə qayıt        Baxış: 3 856          Tarix: 11-01-2020, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma