Xəbər lenti

  

Azərbaycanda korluqla bağlı iki məşhur deyim var. Biri atalar sözüdür: “Burda mən, Bağdadda kor xəlifə”. Digəri isə zərb məsələdir:

“-Ağlı kimdən öyrəndin?

-Gözü çıxmış kor qardaşımdan”.

Təsadüfə bax ki, Bağdad bu gün də Azərbaycan üçün gözü çıxmış kor qardaş statusunu qoruyur.

Niyə? Gəlin, “niyə”sini anlamaq üçün ilk öncə Bağdadla bağlı xəbərə nəzər salaq.

 


ABŞ, qoşünlarını İraqdan çıxırılmasını istəyən rəsmi Bağdadı sanksiyalarla təhdid edib.

Ovqat.com xəbər verir ki, məlumatı ABŞ-ın maliyyə qurumlarına bağlı “The Wall Street Journal” nəşri yayıb.

Nəşrin iddiasına görə, təhdid mesajı ABŞ Dövlət Departamenti tərəfindən çatdırılıb. Bildirilir ki, Dövlət Departamenti ABŞ qoşunlarının İraqdan çıxarılacağı təqdirdə Bağdadı New York Federal Bankında saxlanılan aktivlərinə girişin bağlana biləcəyi ilə bağlı “xəbərdar edib”.

Məqalə müəllifinin iddiasına görə, İraqın neft satışından əldə etdiyi gəlirlərin bir qismi New York Federal Bankında saxlanılır və İraqın bu hesaba girişinin qarşısı alınarsa, rəsmi Bağdad maliyyə sistemində kritik çətinliklərlə üzləşə bilər.

 

ABŞ Federal Bankı özündə İraq Mərkəzi Bankına aid nə qədər vəsaitin saxlanıldığı barədə suala cavab verməyib. Ancaq İraq Mərkəzi Bankının 2018-ci ilin sonuna dair maliyyə hesabatlarına görə, bankın Nyu-Yorkdakı Federal Rezervlərində bir günlük minimum depozit miqdarı təxminən 3 milyard dollar imiş. Dolayısıyla, İraqın ABŞ banklarında milyarlarla dollarlıq girovu olduğu anlaşılır.

 

New York Federal Bankında 250-yə yaxın mərkəzi bankın və digər xarici rəsmi qurumlarının hesabı olduğu güman edilir. Bankın həmin pullardan aidiyyati dövlətlərə təzyiq kimi istifadə etməsi düşündürücüdür və Azərbaycanın da bundan nəticə çıxarması vacibdir. Çünki bizim də Dövlət Neft Fondumuzun vəsaitlərinin böyük qismi xarici ölkələrin banklarında saxlanılır. Fondun rəsmi açıqlamasına görə, Neft Fondu vəsaitlərinin 5 faizə qədəri daşınmaz əmlakda, 5 faizi isə qızılda yerləşdirilib. Digərləri isə yüksək reytinqli  aktivlərə, səhmlərə və valyutalara yatırılıb. Təxminən 50 faizin üzərində vəsaitlər ABŞ dollarında, 35 faizi isə beynəlxalq maliyyə institutlarında avroda saxlanılır.

Belə çıxır ki, sabah Azərbaycan cızığından çıxarsa İraqın başına gətirilən tale ilə üzləşə və bank hesablarımıza blok qoyula bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 477          Tarix: 12-01-2020, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma