Xəbər lenti

 

İranda ciddi diplomatik qalmaqala səbəb olan Böyük Britaniyanın səfiri Rob Makeyr ölkəni tərk edib.

Ovqat.com xəbər verir ki, dünən İranın XİN-ə çağırılan səfir bu gün öz ölkəsinə qayıtmağa qərar verib.

Qeyd edək ki, Rob Makeyr ayın 12-də Tehranda tələbələrin keçirdiyi etiraz aksiyasını izləmiş və bəzi fotolar çəkmişdi. Aksiyada saxlanılan səfir İranın xüsusi xidmət orqanları tərəfindən bir neçə saat sorğulandıqdan sonra sərbəst buraxılmışdı. Onun bu gün İran Baş Prokurorunun vəsatətiylə ölkəni tərk etdiyi bildirilir.

 

Beynəlxalq qanunlara görə, ən yüksək toxunulmazlığı olan səfr xoşluqla yola salınmayıb. Rob Makeyrin əleyhinə Tehranda nümayişlər təşkil olunur, onun maketi və ölkəsinin bayrağı yandırılırdı. Səfirliyin Tehrandakı binasının divarlarına, bu binaya gedən yollara Böyük Britaniyanı təhqir edən mətnlər yazılırdı.

 

Ən ciddi insident isə səfirin özüylə bağlı yayılan materiallarda idi. İran kəşfiyyat orqanlarına aid sosial şəbəkələrində onun həbs olunarkən qorxudan altını islatdığına dair şəkillər yayılır və aşağılanırdı. Heç bir diplomatik nəzakətə sığmayan bu davranışın İranla Böyük Britaniya arasında ciddi qalmaqala səbəb olacağı gözlənilir.

    




Ana səhifəyə qayıt        Baxış: 3 796          Tarix: 15-01-2020, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma