Xəbər lenti
Dünən, 19:25

  

 Aydəm İsmayıliov

Fəlsəfə elmləri doktoru

Azərbaycan çox qəribə ölkədir. Hətta xairiclərin özlərinin rədd etdiyi ideyalar, düşüncələr və şəxsiyyələr burda rahatlıqla özünə pərəstiş qazana bilir. Heç uzağa getməyək, cənub qonşumuz İranda SEPAH-ın silahı altında olmalarına baxmayaraq, hər gün onlarla şəhərdə minlərlə insan meydanlara tökülüb rejim mənsublarını istefaya çağırır. Etirazçılar arasında ABŞ-ın sui-qəsdi nəticəsində dünyasını dəyişən general Qasim Süleymaninin posterini belə cıranlar tapılır. Bizim İrandan çox irançılar isə hələ də köhnə sevdalarından əl çəkmək istəmirlər. Başqa sözlə desək, iranlılar Qasim Süleymaninin posterlərini, bizimkilər isə Qasim Süleymani uğrunda yaxalarını cırırlar.

 

Qasim Süleymaninin öldürüldüyü gün Azərbaycan xalqının az qala SEPAH generalına görə bir-birinin üstünə düşdüyünü, yəqin ki, əziz oxucular da görməmiş olmazlar. Son günlər İranda ortaya çıxan etiraz aksiyalarından sonra irançıların əvvəlki enerjiləri qalmasa belə, hələ tutduğunu buraxmayanlar da var.

İrançılıq xəstəliyinə ən çox tutulanlar isə, sözsüz ki, bizim bu ölkəyə sığınmış vətəndaşlarımızdır. Bir çoxları ölkənin dini ali təhsil verən Qum şəhərində oxuyan legionerlər ən kiçik bəhanələri fövtə verməyib qonşu dövlətin ideoloji təbliğatını yürütməyə çalışırlar. Legionerlər arasında Tofid İbrahimbəyli xüsusilə seçilir.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həbsinin 9-cu ildönümü münasibətilə Tehran universitetində tədbir keçirən Tofid Süleymaninin ətrafında topladığı müridlərinin əlində AİP sədri əvəzinə Qasim Süleymaninin şəkillərini tutması da əslində öz daxili məsələmizin sadəcə bəhanə olduğundan xəbər verir. Aydın görünür ki, bu tədbiri düzənləyənlərin əsl məqsədi Qasim Süleymanini təbliğ etməkdir. Halbuki, İran televiziyalarında çıxış edən bir çox siyasilər Qasim Süleymaninin Azərbaycan-Ermənistan münaqişəsində düşmən tərəfin mövqeyini müdafiə etdiyi açıq şəkildə dilə gətiriblər. İndi bu adamın Mövsüm Səmədovla eyni tədbirdə anılması AİP sədrinin həbsdən azad olunmasına deyil, onun İran kəşfiyyatına bağlılığını göstərməyə xidmət edir.

 

İranda öz yerini məhkəmlətməyə çalışan Tofid İbrahimbəylilərin Azərbaycandakı islamçılara göstərdiyi bu “ayı xidməti” ilk belə fəaliyyəti deyil. Bundan əvvəl də həmin şəbəkənin paylaşdığı video-materiallarda Azərbaycanda törədilən bir çox cinayətlərin, o cümlədən Gəncə icra başçısına sui-qəsdin İranın sifarişiylə həyata keçirildiyi tam sübuta yetirilmişdir. Dolayısıyla, bu adamlar guya azadlığa çıxarmaq istədikləri islamçıların qapısını birdəfəlik bağlayırlar.

İrandakı azərbaycanlı “legioner”lərin tez-tez dilə gətirdikləri tələblərdən biri guya haqlarını müdafiə etdikləri islamçıların tezliklə aadlığa buraxılmasıdır. Bəzən İran rəsmiləri də bu tələbləri irəli sürürlər. Ancaq unudurlar ki, Azərbaycan bir dövlətdir və bir dövlət kimi xarici kəşfiyyata bağlı olan istənilən adamı vətənə xəyanət ittihamı ilə yarğılamaq hüququ var. Necə ki, İranın özü də belə edir və bütün beynəlxalq basqılara baxmayaraq, onları dar ağacından asmaqdan belə çəkinmir.

 

Azərbaycan isə qonşuluq əlaqələrini nəzərə alıb öz vətəndaşlarını bu cür ittiham etməyərək cəzalandırmağa çalışır. Onlara verilən ən ağır cəzalar da əslində formal olaraq haqlarında irəli sürülən ittihamlarla deyil, həyata keçirdikləri əməllərlə əlaqəlidir. Bu mənada bəzən kiçik cinayət kimi görünən əməllərə daha ağır cəzaların verilməsi də məhz bu zərurətdən irəli gəlir. Məqsəd həm də hansısa səbəbdən xarici kəşfiyyat orqanları ilə əməkdaş edən vətəndaşların bu günahından islah olunmasına şərait yaratmaqdır. Nə yazıq ki, özünün şeyx olduğuna inandırılan Tofiq İbrahimbəyli kimi “legioner”lər Azərbaycan dövlətinə bu humanist addımı atmağa belə mane olurlar.

İranın Azərbaycan üçün hazırladığı “şeyxin” bu gün paylaşdığı status və şəkillər də yuxarıda bəhs etdiyimiz “ayı xidməti”nin ən bariz örnəklərindəndir. Statusda deyilir:

 

“Hacı Mövsüm Səmədovun həbsinin 9-cu il dönümü və General Qasim Süleymaninin şəhadəti münasibəti ilə Tehran Universitetində möhtəşəm tədbir keçirildi.

Tədbir Quran tilavətiylə başlandı, sonra Tohid İbrahimbəyli Azərbaycanda və dünyada baş verən son hadisələr barəsində, 20 yanvar, Qarabağ, Nardaran və Gəncə hadiaələri mövzusunda çıxış etdi. Məclisin davamında Höccətul-islam Pənahiyan çıxış etdi və sonra Məddah Hacı Məhdi Rəsuli rövzə və mərsiyə ilə məclisi tamamladı”. 

Qeyd etdiyimiz kimi, Azərbaycan İslam Partiyasının keçmiş sədri ilə İran əks-kəşfiyyatının bir nömrəli adamı olan mərhum Qasim Süleymaninin adının bir yerdə hallanması belə, Azərbaycan hüquq-mühafizə orqanlarının bu adam barəsində ən sərt cəza verməsinə bəraət qazandıracaq mahiyyətdədir. İslamçı legionerlərin buna baxmayaraq, öz əqidədaşlarını müdafiə etməsi isə görünür, səbəbsiz deyil. Bəlkə də onların göstərdiyi əqidədaşlarına göstərdiyi “ayı xidməti” özlərinin alternativsizliyinə xidmət edir. Daha aydın dillə desək, özlərini şeyx kimi göstərməyə çalışanlar yüksəlişlərində ən ciddi rəqib olaraq gördüklərinin qapısını qəsdən bağlayırlar. Axı bu adamlar çöldə olsalar, onlarla rəqabətə girmək problemi yaşaya bilərlər. Beləcə, İran qarşısında öz əhəmiyyətlərini itirər və bu şansı rəqiblərinə buraxarlar. Deməli, onlar üçün ən yaxşı seçənək həmin rəqiblərin İran kəşfiyyatına bağlı qüvvələr kimi görünməsi və heç vaxt azadlığa çıxmamasıdır.




Ana səhifəyə qayıt        Baxış: 1 056          Tarix: 15-01-2020, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma