Xəbər lenti

 

İranın Sərhəd Qoşunları komandanı Qasım Rzayi bundan əvvəl türkiyəli generala da üzük hədiyə edibmiş.

Ovqat.com xəbər verir ki, ötən ayın 30-da, yəni Azərbaycana gəlişindən cəmi 22 gün öncə Türkiyəyə səfər edən Qasım Rzayi  ölkənin Jandarma Baş Komandanı Arif Çətinlə görüşüb.

Qayıqda baş tutan görüşdə iranlı general barmağından çıxardığı üzüyü Arif Çətinə bağışlayıb. Arif Çətin isə bu hədiyəni özü üçün böyük şərəf hesab edib.

Maraqlıdır ki, eyni general iki gün öncə Azərbaycana səfərində Astarada görüşdüyü Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevə də barmağında üzük gətirmişdi.

Generalın dediyinə görə, Elçin Quliyevə verdiyi üzük Həzrət Əlidən, Arif Çətinə verdiyi üzük isə İmam Rzadan “təbərrük” qalıb.

Bir sözlə, deyəsən bütün imamların üzükləri  İranın Sərhəd Qoşunları komandanının kolleksiyasında toplanıb.




Ana səhifəyə qayıt        Baxış: 1 186          Tarix: 21-01-2020, 00:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma