Xəbər lenti

  

Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov SOCAR prezidenti Rövnəq Abdullayevə savaş elan edib.

Ovqat.com xəbər verir ki, bunu iş adamının özü facebook səhifəsində paylaşdığı statusda bəyan edərək bildirib:

“Sona kadar sizinle savaşacam ve sizin tüm kirli çamaşırlarınızı gözler önüne sereceğim. Bana karşı komplonuz sonunuz olacak Rövnek ve Anar efendiler. Bence, bu saattan sonra korkmayın, titreyin. Her şey hukuk çerçevesinde size subut olunacak. Beni sevenler bu hırsızları bol bol paylaşın ki, millet kahramanlarını tanısın”.

Mübariz Mənsimov SOCAR prezidentini oğruluqda ittiham edərək yazıb:

 

“Her zaman söylemişim, cenab Allah akıl vermiyorsa o insanı ruhen çirkin yaratıyor. O insan da ömür boyu fantazi içinde kendi yalnışlılklarını başkasına mal eder. Bu günkü olaylar buna somut örnektir. İster siz ister evlatlarınız bana benzemeye calıştınız, ama olmadı ve siz aslınıza döndünüz. Sizin yolunuz hırsızlık, halkın cebine girmek. Siz yalnışlıkla seçilib koltuk verilenlersiniz. Amma alacaklar hepinizden. Teker teker soracaklar, ben görmesem eminlikle diye bilirim ki, halkım görecek”.

Mübariz Mənsimov Rövnəq Abdullayevlə yaşadığı qalmaqalda onu yox, özünü günahkar sayıb. Fikrini isə bu cür izah edib: “Size kızmıram, kendime kızıyorum ki, sizin yanıma sızmanıza göz yumdum. Güvenib adam yerine koydum ve sizin kim olduğunuzu dediğim zaman düşman oldunuz”.

 

İş adamı opponentlərini barədə əlindəki bütün “dosyeləri” ictimailəşdirməklə təhdid edib: “Madam ki, ilk ateşi açtınız. Şimdi siz düşünün. Elimdeki dosyaları yaymağa başlayacağım. Senelerle halktan ne caldınız, hepsini buldum, banka hesablarınıza, FETÖ deyilen puşta na kadar para yedirdiniz, hepsi deşifre olacak. Benim istersem nerelere kadar ulaşacağımı kim bilmese de siz biliyorsunuz. Ben her kes Türkiyeden kaçanda ben tüm yatırımımı buraya yaptım. Benim Türkiyeye de, Türk Adaletine de saygım sonsuz”.

Palmali Şirkətlər Qrupunun sahibini bu qədər qəzəbləndirən isə Türkiyədə onun əleyhinə açılan məhkəmə işi olub. Məlumata görə, məhkəmə iş adamını FETÖ ilə əlaqədə və casusluqda ittiham edib. Haqqında sürülən ittihamları “yalan” adlandıran Mübariz Mənsimov bildirib ki, yüksək məhkəməyə müraciət edib.

 

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var və onları bu işə vadar edən SOCAR yetkililəridir.




Ana səhifəyə qayıt        Baxış: 3 049          Tarix: 12-02-2020, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma