Xəbər lenti

 

Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısına təyin edilən aksiya öncəsi saxlananlar var. Artıq mitinq təşkilatçılarından REAL sədri İlqar Məmmədov , D 18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli və Müsavat Partiyasından Əlikram Xuşudov, Bakıxan Qəribli və Bayraməli Abdullayev də saxlanıb. D18 hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayeva Azadlıq Radiosuna dediyinə görə, onlar Ruslan İzzətlinin Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində olduğunu eşidiblər, amma bölmədən bunu təkzib ediblər. O, əlavə edib ki, Ruslan İzzətlinin saat 12.20 radələrində hərəkatın ofisinin yaxınlığında mülki formalı şəxslər saxlayıb. İlqar Məmmədov və saxlanan digər şəxslərin də hara aparıldığını hələlik Daxili İşlər Nazirliyindən öyrənmək mümükn olmayıb.
ReAL, Müsavat partiyaları, D 18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirirəcəklərini açıqlamışdılar.
Onlar bir həftə öncə, fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularının baş verdiyini bildirərək elan edilən nəticələrin ləğv olunmasını tələb edirlər.
Amma təşkilatçılarla Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) arasında aksiyanın yeri ilə bağlı razılaşma əldə olunmayıb.Təşkilatçılar icra hakimiyyətinə əvvəlcə paytaxt Bakının mərkəzindəki ərazilərdən birində aksiya keçirmək istədiklərini bildirmişdilər. BŞİH qeyd edilən yerdə mitinqin nəqliyatın hərəkətinə problemlər yaradacağını səbəb göstərərk aksiyaya “ yaşıl işıq” yandırmamışdı. Amma sonradan icra hakimiyyəti təşkilatçılara şəhərin mərkəzindən kənar bir ərazini təklif etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 16-02-2020, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma