Xəbər lenti

 

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev onunla özlərinə təskinlik verirdi ki, ASİMDER və digər qeyri-hökumət təşkilatları ilə qovğaları guya lokal xarakter daşıyırmış və Türkiyənin respublika əhəmiyyətli media qurumlarının gözündən yayınıbmış. Bu təskinliyin nə qədər sağlam ağlın məhsulu olduğuna qərar verməyi dəyərli oxucularımızın mühakiməsinə buraxırıq.

Ovqat.com-un araşdırmaları isə onu göstərir ki, baş konsul – yerli qeyri-hökumət təşkilatları arasında yaşanan söz çəkişmələri heç də təkcə regional mediada işıqlandırılmayıb. Heç uzağa getməyək, bu gün Türkiyənin populyar Haberler.com, Karar.com və Timeturk.com saytları da bu xoşagəlməz söz güləşdirməsinə geniş yer ayırıb.

 

Çox şərhə ehtiyac duymadan həmin yazıların linkini oxucularımızın və hələ də fil qulağında yatan XİN-nin diqqətinə çatdırırıq. Qeyd edək ki, hər 3 saytda çıxan yazı “İhlas” Xəbər Agentliyi tərəfindən yayılıb.

 

https://www2.karar.com/igdir/asimder-baskan-gulbeyle-yola-devam-dedi-1484874

https://www.haberler.com/asimder-baskan-gulbey-le-yola-devam-dedi-12948123-haberi/

https://www.timeturk.com/asimder-baskan-gulbey-le-yola-devam-dedi/haber-1359361

Türkiyə mətbuatı Azərbaycan diplomatının imza atdığı qalmaqalları gündəmə gətirdiyi bir zamanda hadisə ilə bağlı XİN-nin Mətbuat xidmətinə göndərdiyimiz məktublara cavab ala bilmirik. Əslində buna görə XİN-i qınamırıq da. Ən vacib məqamlarda yatmaq cənab Elmar Məmmədyarovun köhnə şakəridir. O hətta bütün dünya diplomatları Azərbaycan prezidentinin Valdaydakı məşhur çıxışına qulaq asdığı halda elə onunla eyni zalda dərin yuxulara qərq olmuşdu.

  

Odur ki, biz də öz çıxışlarında tez-tez folklor nümunələrindən yeri gəldi gəlmədi misallar gətirən və bu özəllikləri ilə diplomatdan çox filoloqları xatırladan XİN digər yetkililərini Nəsiminin məşhur məşhur sözləriylə qəflət yuxusundan oyatmağa qərar verdik. Buna həm də tibb elmində muzikoterapiya deyilir.




Ana səhifəyə qayıt        Baxış: 2 135          Tarix: 24-02-2020, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma