Xəbər lenti

  

Xəbər veridyimiz kimi, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev ASİMDER adlı təşkilatın sədri Göksel Gülbeyi məhkəməyə vermişdi. Şikayətin əsas məğzi isə guya, uzun illərdən bəri Azərbaycanın könüllü diplomatına çevrilən, erməni iddialarına qarşı mübarizə aparan Göksel Gülbeyin onun FETÖ-ya bağlılığı ilə əlaqədər yalan məlumatlar yayması idi.

  

 

Ovqat.com-un əldə etdiyi məlumata görə, Göksel Gülbey Baş konsulluğun bu şikayəti əsasında İğdırdan Çoruma sürgün edilib.

Məlumatı İğdırda jurnalist fəaliyyətilə məşğul olan Suat Dəniz özünün facebook statusunda yayıb. İğdır valiliyinin qərarına “Əcəba, sahibsizikmi?” cümləsiylə ritorik qiymət verən jurnalist statusunda bildirir:

 

Asimder Genel başkanı Göksel Gülbey Çorum’a sürüldü.

Yıllardır Iğdır İl milli eğitim Müdürlüğü’nde görev yaptıktan sonra Çevre ve Şehircilik il Müdürlüğü’nde göreve devam eden ve aynı zamanda Asimder Genel Başkanlığı görevini yürüten, yıllarca Azerbaycan devletinin menfaatleri için ve Ermenilerin asılsız iddiaları ile gece gündüz mücadele eden değerli hemşehrimiz Göksel Gülbey Çorum’a sürgün edilmesi kafamızda bazı soru işaretleri uyandırıyor. Acaba!

SAHİPSİZMİYİZ?”

Doğrusu, Azərbaycanın dövlət maraqları üçün Baş konsuldan daha çox çalışan bir vətənpərvərin başına gətirilən bu oyunu repressiya kimi qiymətləndirmək olar. Ən acınacaqlısı isə budur ki, bu repressiv addım Azərbaycan dövlətinin adından çıxış edən bir diplomatın əliylə həyata keçirilir. Rəsmi Bakı isə öz şəxsi maraqları üçün dövlət adından istifadə edən, hətta məhkəməyə şikayət ərizəsini belə Baş Konsulluğun rəsmi blankında yazan diplomatına “gözün üstə qaşın var” deyə bilmir. Niyə? Çünki o, “Həsənağanın qohumu”dur.

“Həsənağa”ya isə bu məmləkətdə söz demək olmaz. O istəsə, hətta məktəblərin bağlanması, devalivasiyanı tətbiq edilməməsi, sərhədlərdə tamamilə başqa viza rejiminin həyata keçirilməsi kimi ən müxtəlif məsələlərdə rəsmi Bakının təlimatlarına tabe olmaya, özü də bütün bunları mərkəzi hakimiyyətin ayırdığı dotasiya hesabına kompensasiya edə bilər.  O istəsə...

 “O istəsə”nin siyahısını sonsuza qədər uzatmaq mümkündür. Biz isə dəyərli oxucularımızı sonsuz iqtidar sahiblərinin yazılmamış səlahiyyətlərini sıralamaqla yormaq istəmirik. Bizə maraqlı gələn əsas problem İğdır sakinləri də təəccübləndirən məsələdir.

 

İğdırdakı Azərbaycan əsilli Türk vətəndaşlarının Göksel Gülbeyin bu təyinatı ilə bağlı fikirləri isə belə oldu: “Göksel Gülbey Türkiyə-Ermənistan sərhəddində əsas gömrük qapısı sayılan Alican keçid məntəqəsində dayanan ən ciddi əngəldir. Məhz onun İğdırlıları səfərbərliyi sayəsində həmin qapı 1993-cü ildən bəri bağlıdır. Son zamanlar İğdırda bəzi separatçılar sərf iqtisadi maraqları və strateji hədəfləri naminə Alican qapısının açılmasını istəyirdilər. Bunun üçün isə Göksel Gülbeyin İğdırdan uzaqlaşdırılması lazım idi. Onu da sizin dövlətinizin əliylə etdilər. Bir azdan İğdırda “Qardaş olub Hayıstan, Azərbaycan” mahnılarının oxunacaq. Gedin, dincəlin. Bir diplomatın şəxsi davasına öz ölkənizin maraqlarını qurban verən sizlərsiniz. Sabah Alican qapısı ermənilərin üzünə açılsa, heç kimi günahlandırmayın”.

Bu videoda Göksel Gülbeyin Alican sərhəd keçid məntəqəsində təşkil etdiyi mitinq əks olunub. 2014-cü il


  

Qeyd edək ki, Alican gömrük qapısı Iğdır ilinin Qaraqoyunlu mahalında Türkiyə ilə Ermənistanı bir-birinə bağlayan sərhəd keçid məntəqəsidir. Məntəqə 1993-cü ilin aprel ayından bəri xidmətə bağlanıb. 2009-cu ildən bəri isə PKK-ya yaxın dairələr həmin qapının açılmasını tələb edirlər. İğdır sakinlərini ikiyə bölən bu mövzu Türkiyənin ən ünlü media orqanlarında belə işıqlandırılıb. “Milliyət” qəzetinin 25.04.2009-cu il tarixli sayında dərc olunan “Alican Sınır Kapısı, Iğdırlıları ikiye böldü” sərlövhəli məqalə də bunun ən bariz sübutudur.

Məqaləni bu linkdən oxuya bilərsiniz:

Alican Sınır Kapısı, Iğdırlıları ikiye böldü




Ana səhifəyə qayıt        Baxış: 5 562          Tarix: 4-03-2020, 01:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma