Xəbər lenti

 

Naxçıvanın “Dan yeri” restoranı barədə İğdır sakinlərindən birinin saytımıza verdiyi açıqlamanın yaratdığı qalmaqal səngimək bilmir.

Ovqat.com qarşı tərəfin fikrini işıqlandırsa da, bu, onları tam qane etməyib.

Restoranın müdiri Azər Nəsirov dərc etdiyimiz məlumatın yetərsiz olduğunu bildirib və bizə əlavə açıqlamalar verib.

Onun bildirdiyinə görə, həmin kadrlar son Yeni il şənliyində çəkilib və tədbirdə İran, Türk vətəndaşları ilə yanaşı Naxçıvan sakinləri də iştirak ediblər. Naxçıvanda mədəni turizmin inkişafı və qardaş dövlətlərlə ünsiyyətin formalaşmasında bu cür tədbirlərin önəmli rol oynadığını bildirən Azər Nəsirov hadisəni başqa cür təqdim edilməsiylə razılaşmır. Saytımıza verilən məlumatın Naxçıvanda mədəni turizmə zərbə vurmaq məqsədi daşıdığını bildirən həmsöhbətimiz saytımıza iki video da göndərib. Eyni tədbirdən çəkildiyi iddia edildiyi videolarla yanaşı İğdır sakininin çəkdiyi görüntüləri də bərabər paylaşırıq. Heç bir şərh vermədən mühakiməni dəyərli OXUCULARın ixtiyarına buraxırıq:

“Dan yeri” restoranının göndərdiyi video-görüntülər

İğdır sakininin göndərdiyi video-görüntülər

Qeyd edək ki, Azər Nəsirov İğdırdan göndərilən video-görüntülərin kamyon sürücüləri tərəfindən redaksiyamıza servis edildiyi iddiasındadır. Onun fikrincə, koronavirus üzündən sərhəd-gömrük keçid məntələrini bağlayan Naxçıvan MR-dən İğdır kamyonçuları bu yolla qisas almaq və gömrük rəhbərliyinə təzyiq göstərmək istəyiblər.

Xüsusi qeyd:

Ovqat.com əldə etdiyi məlumatları və qarşı tərəfin mövqeyini olduğu kimi işıqlandırır. Məlumat qaynağımızın rəsmi şəxslər və ya kamyon sürücüləri olması bizi qətiyyən maraqlandırmır. Peşəsindən, siyasi vəzifəsindən və hansı ölkənin vətəndaşlığını daşımasından asılı olmayaraq, hər kəs bizim üçün bilgi qaynağıdır və səhifələrimiz bütün iddialara açıqdır. Həqiqətlərin üzə çıxması naminə bu prinsipimizi davam etdirməkdə israrlıyıq.




Ana səhifəyə qayıt        Baxış: 3 937          Tarix: 5-03-2020, 01:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma