“Naxçıvandakı “Danyeri” restoranı barədə qələmə aldığınız yazı həqiqəti əks etdirmir və Muxtar Respublikanın adını ləkələməyə xidmət edir”.
Ovqat.com-a bu barədə məlumat “Dan yeri” restoranın rəhbəri Azər Nəsirov tərəfindən verilib.
Restoran rəhbərliyinin sözünə görə, restorandan çəkilmiş video İran turistlərinin əyləncəsini əks etdirir və bu tədbirin kadrları restoranın rəsmi səhifələrində də paylaşılıb.
Həmsöbətimizin bildirdiyinə görə, Naxçıvan Ali Məclisin Sədri Vasif Talıbovun xüsusi diqqəti sayəsində bu diyarda heç bir əxlaqsızlıq yuvası fəaliyyət göstərmir və göstərə də bilməz. İğdırdan saytımıza ünvanlanan video-görüntüləri isə, mümkündür ki, sərhədlərin bağlanmasından narazı qalan kamyon sürücüləri təzyiqi məqsədilə göndərib. Niyyətləri onların sərhəddə qalan maşınlarının Muxtar Respublikaya keçirilməsini təmin etməkdir.
Sərhədlərin koronavirusa görə müvəqqəti bağlandığını bildirən həmsöhbətimiz bu cür təzyiqlərə boyun əyməyəcəklərini də vurğulayıb.
Paylaş: