Xəbər lenti

  

Bir tərəfdən ABŞ-ın həyata keçirdiyi ağır iqtisadi sanksiyalara məruz qalan, digər tərəfdən neftin qiymətlərinin ucuzlaşmasıyla iqtisadi cəhətdən sarsılan İran bir başqa tərəfdən isə koronavirus ilə sınağa çəkilir.

Ovqat.com-un məlumatına görə, İranın dini lideri ayətullah Xamenei bu yaxınlarda mətbuata verdiyi açıqlamada koronavirusun da ABŞ tərəfindən İrana qarşı hazırlanmış bioloji silah olduğunu bildirmişdi.

 

Məsələyə bu baxımdan yanaşanda İranın xəstəliklə sınağa çəkilməsi də ABŞ bu ölkəni çökdürmə planının tərkib hissəsi kimi görünür. Gündə 100-lərlə insanın öldüyü, minlərlə insanın isə virusa yaxalandığı İranda vəziyyət həqiqətən də ürəkağrıdıcıdır.

Saytımızın dünən əslən Makulu olan bir milli-mədəni aktivistdən əldə etdiyi məlumata görə, İran prezidenti də bu kompleks bəlalarla mübarizə aparmaq üçün dünya dövlətlərinə müraciət etməyə hazırlaşır. Məsələ burasındadır ki, ABŞ humanitar yardım məsələsində də rəsmi Tehranın qarşısında əngəllər yaratmaqdadır. Bir müddət əvvəl İsveçdə İrana yardım kampaniyasına start verilsə də, bu kampaniyanın ABŞ-ın bank sistemi tərəfindən əngəllənməsi barədə xəbərlər yayılmışdı. Elə bu məlumat da İranın çətin bir savaşa cəlb olunduğunu təsdiqləyir. Zira qonşu və qardaş dövlətin qarşısındakı düşmən - gözlə görünən düşmən deyil. Bu durum Həzrət Həmzənin Uhud savaşı öncəsi söylədiyi məşhur kəlamı yada salır: “Gözümlə gördüyüm düşmənlə özüm bacararam. Allah məni gözümlə görə bilmədiyim düşməndən qorusun!”

 

İlahi hikmətə bax ki, dövrün ən böyük cəngavəri olan Həzrət Həmzə elə həmin döyüşdə gözünün görmədiyi istiqamətdən atılan bir nizə ilə şəhadətə qovuşdu. Bu gün İranın qarşı-qarşıya qaldığı vəziyyət də tamamilə Həzrət Həmzənin işarə etdiyi hala bənzəyir.

İranın Daxili İşlər Nazirliyi, Tehran bələdiyyəsi və XİN-in Ümumi Diplomatiya departamentinin birgə əməkdaşlığı ilə "Korona və sanksiya" mövzusunda  təşkil olunan karikatura müsabiqəsi də bu iqtisadi və tibbi savaşa həsr edilib. Müsabiqədə İran rəssamlarının çəkdiyi 24 karikatura fərqlənib. Həmin karikaturlardan bəzilərini diqqətinizə çatdırırıq:

 




Ana səhifəyə qayıt        Baxış: 3 870          Tarix: 18-03-2020, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma