Xəbər lenti



Saytımızın ictimailəşdirdiyi “Azərbaycan tibbinin yəhudi lobbisini heyrətləndirən kəşfi: xəstəni ac və susuz saxlamaq, koronavirusu “adam” yerinə qoymamaq – VİDEO-FAKT” yazısına dövlət orqanlarımızın reaksiyası özünü çox gözlətməyib.
Ovqat.com xəbər verir ki, reaksiya da Oqtaysayağı olub.
Məlumata görə, koronavirus daşıyıcılarının saxlanıldığı xəstəxananın Baş həkimi yanına hüquq mühafizə orqanlarının əməkdaşlarını alaraq, baxımsızlıqdan şikayətlənən xəstəni əməlli-başlı danlayıb



Baş həkimi qəzəbləndirən isə xəstənin guya yanlış məlumat yayması olub. Onun iddiasına görə, xəstələrə vaxtaşırı yemək verilir və şikayətçinin dilə gətirdiyi sözlər həqiqəti ifadə etmir, Azərbaycanın koronavirusa qarşı mübarizəsinə kölgə salır, buna görə də təxribatdır. 
Baş həkim onu da iddia edib ki, şikayətçi xanım tibb işçisidir və vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu hər kəsdən yaxşı başa düşür. 
O da iddia olunur ki, şikayətçi evə buraxılmaq üçün xəstəxananı şantaj edirmiş. Xəstə isə bu ittihamlarla razılaşmır.


Kimin haqlı olub-olmadığını, yəqin ki, Baş həkimin yanında olan hüquq mühafizə orqanlarının əməkdaşları aydınlaşdıracaq. Bizi maraqlandıran isə Baş həkimin və onunla bərabər olan hüquq mühafizə orqanı əməkdaşlarının geyindikləri xüsusi geyimin tibb bacılarında niyə olmamasıdır. Zira paylaşdığımız ilk videoda tibb bacısı adi paltarda görünür. Ümidvarıq ki, xəstəxana rəhbərliyi bu müəmmaya da aydınlıq gətirəcək.





Baş həkimin xəstəni danladığı səhnəni təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 5 778          Tarix: 3-04-2020, 15:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma