Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Azərbaycanın paytaxtı Bakıdakı Heydər Əliyev Mərkəzinin binası üzərində koronavirusa qarşı mübarizədə İran xalqı və dövlətilə həmrəylik əlaməti olaraq, İran İslam Respublikasının bayrağı nümayiş etdirilib”.
Ovqat.com xəbər verir ki, İranın “BornaNews” nəşri bir neçə gün əvvəl Azərbaycan dövlətinin bu xoşməramlı mesajı barədə yazıb.
“Bakıda İran Respublikasının bayrağı nümayiş etdirilib” sərlövhəli məqalədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin fikirlərinə istinad edilib.
Məlumata görə, cənab səfir İran bayrağının proeksiya olduğu binanın qarşısında jurnalistlərə açıqlama verib. O, Azərbaycan dövlətinin bu addımı koronavirusla mübarizədə İran xalqı və dövlətilə həmrəylik nümayiş etdirmək, eləcə də virus qurbanlarının xatirəsinə və hazırda virusa yoluxmuş, xəstəxanaya yerləşdirilmiş şəxslərə ehtiram göstərmək məqsədilə atdığını bildirib.
Cahangirzadə İranın dövlət bayrağının Bakıdakı ən böyük mədəniyyət kompleksinin binası üzərində proeksiya edilməsini koronavirusla mübarizədə Azərbaycanın İran xalqı ilə birliyinin, həmrəyliyinin göstəricisi adlandıraraq deyib: “Azərbaycanlı qardaş və bacılarımıza, eləcə də Azərbaycan dövlətinə minnətdarlığımızı bildiririk”.
İran səfiri həmçinin Bakıya hazırkı vəziyyətdə İranın Avropa, Rusiya, Gürcüstan və regionun digər ölkələrlə onun üzərindən iqtisadi münasibətləri davam etdirməsinə verdiyi dəstəyə görə də təşəkkür edib.
Bundan başqa, diplomat Azərbaycanın koronavirusla mübarizədə İranla əməkdaşlığını, bu ölkənin müvafiq qurumlarının Azərbaycan ərazisilə İrana qayıdan bir qrup İran vətəndaşına yardımını yüksək qiymətləndirib.
İran bayrağının Heydər Əliyev Mərkəzinin binası üzərində nümayişi Azərbaycan dövləti və xalqının beynəlxalq birliyin koronavirusla mübarizə səylərinə dəstəyi çərçivəsində həyata keçirilib. Bundan əvvəl bina üzərində Çin, Fransa və Almaniya daxil olmaqla, bir sıra ölkələrin dövlət bayrağının təsviri əks edilmişdi.
Digər ölkələr kimi, Azərbaycan da koronavirusun yayılması ilə mübarizə məqsədilə ciddi tədbirlər görüb və görür. Ölkədə aprelin 20-dək hərəkət və səfərlərə qadağa qoyulub. Azərbaycan vətəndaşları evlərini ərzaq məhsulları almaq və s. məqsədilə gündə yalnız iki saat müddətinə tərk edə bilərlər. Bunun üçün isə onlar Daxili İşlər Nazirliyinin elektron sisteminə SMS göndərərək, icazə almalıdırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar