Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Xatırlayırsanızsa, bir müddət əvvəl İrandan Dağlıq Qarabağa yanacaq daşınması faktını ifşa etmiş və əyani sübut kimi bunun videosunu yaymışdıq. Erməni sosial şəbəkələrindən tapıb üzə çıxardığımız bu məlumatın ciddi ajiotaja səbəb olacağını gözləyirdik. Amma məsələnin bu qədər böyüyəcəyi ağlımıza da gəlmirdi.
Xəbərimizə ilk reaksiya BAXCP-dən gəldi. Partiya Azərbaycanın ərazi bütövlüyünü tanıyan İranın erməni işğalı altında olan Dağlıq Qarabağa yanacaq göndərməsini sərt üslubla tənqid atəşinə tutdu. Üzərindən az keçməmiş İran səfirliyi xəbərlə bağlı məlumat verib faktı inkar etdi. Səfirliyin məlumatına görə, video Ermənistanda çəkilib, oranın Xankəndi kimi göstərilməsi isə Azərbaycanla İran arasındakı yaxın münasibətləri pozmaq, araya ixtilaf salmaq imiş.
Nəhayət, bir çox məsələlərə susqunluqla cavab verən Azərbaycan XİN də ictimailəşdirdiyimiz xəbərlə bağlı əsl diplomatik mövqe sərgilədi. Reaksiya isə gözlənildiyi kimi, mürgülü nazirdən yox, onun müavini Xələf Xələfovdan gəldi. Cənab Xələfov ilk öncə İran səfiri Cavad Cahangirzadə, sonra isə iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefonla danışıb məsələyə aydınlıq gətirmələrini istədi. İran tərəfi yenə təxribat amili üzərində dayanaraq, bizi yola verməyi bacardı.
Bizə ən maraqlı gələn isə ictimailəşdiyimiz məlumatın ABŞ mediası tərəfindən müzakirəyə çıxarılmasıdır.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Eurasianet.org nəşri “İrana məxsus yük maşınlarının Qarabağda peyda olması Azərbaycanda narazılıq yaradıb” sərlövhəli yazısında məhz bizim ortaya çıxardığımız məlumatı şərh edib.
Nəşrin əməkdaşı Coşua Kuçeranın yazının tərcüməsini olduğu kimi oxucularımıza çatdırırıq.
İrana məxsus yük maşınlarının Dağlıq Qarabağa yanacaq daşıdığı haqda xəbər Azərbaycanın sərt reaksiyasına səbəb olub. Bakı dərhal İran tərəfindən izahat tələb edib. O, Tehranı ərazi mübahisəsi olan Dağlıq Qarabağ münaqişəsilə bağlı vəziyyəti qarışdırmaqda təqsirləndirib.
Ziddiyyət bu il aprelin 11-də yaranıb. Bu, azərbaycanlı jurnalist Asəf Quliyevin “Facebook” sosial şəbəkəsində şəbəkənin erməni seqmentində yayılmış videonu paylaşmasından sonra baş verib. Videoda erməni və rus dillərində danışan bir nəfər İran dövlət nömrə nişanlı yük maşınlarından ibarət kalonu göstərərək, onun Dağlıq Qarabağın “paytaxt”ı (dırnaq işarəsi bizə məxsusdu – Ovqat.com) Stepanakertdə (Xankəndi – Ovqat.com) yanacaq daşıdığını deyir.
Həmin şəxs eyni zamanda, Dağlıq Qarabağ “hökuməti”ni, xüsusilə “prezident” Bako Saakyanı ucuz İran yanacağından gəlir əldə etməkdə, həmçinin koronavirusu Qarabağa yaymaqda ittiham edir.
Azərbaycanlılar üçün isə problem başqadır: bəlkə İran Dağlıq Qarabağa dəstək verir?
Məsələ ondadır ki, Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. 1990-cı illərin əvvəllərindən bu bölgə Ermənistan dövlətinin dəstəklədiyi tanınmamış hökumət tərəfindən idarə olunur.
“İran Ermənistan hakimiyyətini dəstəkləyir və Azərbaycan ərazilərinin işğalını uzadır”, - deyə Quliyev “Facebook” sosial şəbəkəsində qeyd edib.
Bu xəbərin Azərbaycan mediasında və sosial şəbəkələrdə yayılmasından bir neçə gün sonra Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı olub. Azərbaycan mediasının məlumatına görə, Xələf Xələfov yük maşınları ilə bağlı videogörüntülərin Azərbaycan hökumətinin ciddi narahatlığına, ictimaiyyətin isə dərin narazılığına səbəb olduğunu bildirib. O, deyib ki, belə hallar işğalçı Ermənistana dəstəkdir və münaqişənin şiddətlənməsinə xidmət etir.
X.Xələfov İran tərəfindən məsələnin araşdırılmasını, yük maşınlarının Qarabağda necə peyda olduğuna aydınlıq gətirilməsini tələb edib.
İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında isə qeyd olunur ki, Abbas Əraqçı Xələf Xələfovla söhbətində bu xəbərlərin tamamilə yalan olduğunu bildirib. O, baş verənlərə görə “təxribatçılar”ı günahlandırıb.
“Ölkələrimiz arasındakı əlaqələrə qarşı olan düşmənlər yalan xəbərlər yaymaqla, münasibətlərimizi gərginləşdirməyə çalışır”, - deyə İranın xarici işlər nazirinin müavini qeyd edib.
Bəyanatda bildirilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən İran iki qonşu ölkə – Ermənistanla Azərbaycan arasındakı münaqişənin şiddətlənməsinə səbəb ola biləcək istənilən addıma qarşıdır”.
Tehran bu münaqişədə heç kəsin tərəfini tutmur. O, həm Bakı, həm də Yerevanla yaxşı münasibətlərini qorumağa çalışır. Əgər özəl şirkətlərə məxsus yanacağı daşıyan yük maşınları Qarabağa göndərilərsə, bunun İran hökumətinin bilgisi çərçivəsində baş verib-vermədiyini dəqiq söyləmək çətindir. Yeri gəlmişkən, bu gün Qarabağa yalnız Ermənistan vasitəsilə səfər etmək mümkündür.
Bu arada, Qarabağ “rəhbərliyi” də yanacaq daşıyan İran maşınlarının regionda olduğunu təsdiqləmir. “Biz İranla dostluq əlaqələrində, sərhədlərimizin açıq olmasında maraqıyıq”, - deyə Dağlıq Qarabağın “xarici işlər naziri”nin mətbuat katibi Artak Nersisyan nəşrimizə bildirib: “Amma bizim rəsmi əlaqələrimiz yoxdur. Özəl şirkətlərlə biznes əlaqələrinə gəlincə, bu, siyasi spekulyasiya mövzusu olmalı deyil”.
Azərbaycan mediası necə gündür Xələf Xələfovun diplomatik üslubunu təkrarlamaqdadır. Amma bəzi nəşrlər daha sərt mövqedən çıxış edir. Məsələn, Minval.az saytı bu məsələni “Azərbaycanla İran arasındakı əlaqələrin yenidən gərginləşməsi” kimi görür. Sayt yazır ki, bu vəziyyətdə üstünlük Bakıda olacaq: “Tehranın təkzibi Azərbaycanı qane etməyib. Onlar ölkəmizi inandıra bilməyib. Bakı İrandan daha konkret addımlar gözləyir”.
“Əgər sərt beynəlxalq təcrid şəraitində olan Tehran Azərbaycanla yaxşı qonşuluq münasibətlərini qoruyub-saxlamaq istəyirsə, İran erməni işğalçıları ilə qəzəb yaradan əlaqələrini kəsməlidir”, - deyə Minval.az saytındakı məqalədə bildirilir.
Haqqin.az saytında yer almış yazıda isə İranın son 30 ildə Azərbaycana qarşı atdığı çoxsaylı mənfi addımlarından bəhs olunur. Məqalənin sonunda deyilir ki, “beləliklə, Bakı mehriban qonşuluq prinsiplərinə əsaslanaraq, İranla xeyirxah münasibətlər qurmağa can atsa da, müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməyə çalışsa da, qarşı tərəfdən adekvat münasibət görmür. Əvəzində, işğal edilmiş ərazilərində beynəlxalq normalara zidd iqtisadi fəaliyyətin şahidi olur. Əlbətdə ki, Azərbaycanın qonşusunun işğal edilmiş Dağlıq Qarabağ regionundakı qanunsuz əməllərini, düşməninə dəstəyini müşahidə etməklə kifayətlənəcəyini gözləmək sadəlövhlük, ağılsızlıq olardı”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar