Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Rusiyada koronavirus yoluxmasına dair yeni xəbərlər gəlməkdədir.
Ovqat.com xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin ÜST-ə verdiyi məlumata görə, son 24 saatda ölkədə 105 nəfər koronavirusdan ölüb, 6 minə yaxın insanda yoluxma faktı aşkarlanıb. Nəticədə korona-ölümlərin ümumi sayı 972-ə yüksələrkən, yoluxanların sayı 100 minə yaxınlaşıb.
Xatırladaq ki, gündəlik ölüm sayında hər gün artımların müşahidə olunduğu Rusiyada dünən bu xəstəlikdən 92 nəfər dünyasını dəyişmişdi. Bu gün isə 105 nəfər. Yoluxma sayında da Rusiya həm dünən, həm bu gün ABŞ-dan sonra ikinci yerdədir.
Yoluxmada bu üstünlüyünə baxmayaraq, ölüm sayında digər dövlətlərdən xeyli “geri qalması” ölkənin koronavirus həqiqətlərini ÜST-dən və ictimaiyyətdən gizlətməsi barədə qənaətləri gücləndirir. Məsələ burasındadır ki, koronavirus adətən hansısa xəstəliyi olanları aparır. Bu da ölkələrə imkan verir ki, həmin qurbanların əsl səbəbini müxtəlif xəstəliklərin “aktiv”inə yazsın.
Qeyd edək ki, eyni metoddan Almaniya da istifadə edərək yeni terminlər formalaşdırıb: koronadan ölümlər və koronalı ölümlər. İlk baxışdan xeyli dərin görünsə də, bu təsnifat əslində ictimaiyyəti çaşdırmaq və real faktları gizlətmək üçün nəzərdə tutulub. Zira “koronalı ölüm”lərin bu xəstəliyə tutulmayacağı təqdirdə vəfat etmiş şəxsin dünyasını dəyişdirib-dəyişdirməyəcəyini müəyyənləşdirmək mümkün deyil. Fakt budur ki, koronavirus tənəffüsü çətinləşdirdiyindən və insan orqanizmində yeni böhranlar yaratdığından ölümləri tezləşdirir. Deməli, məntiqlə bu cür ölümləri “əsrin vəbasının” ayağına yazmaq daha məntiqli görünür. Rusiya isə koronavirusla mübarizədəki acizliyi psixoloji savaş kimi qiymətləndirdiyindən həmin ölümləri başqa xəstəliklərin ağır nəticəsi kimi qeydə alır.
Rusiyanın faktları gizlətdiyi ehtimalını ABŞ prezidentinin dəfələrlə dilə gətirdiyi açıqlamalar da təsdiqləyir. D.Tramp bu gün də mətbuat açıqlamasında ABŞ-da koronavirus qurbanlarının çoxluğuna bu cur aydınlıq gətirmişdi: "ABŞ-da koronavirusa yoluxanların sayının bir milyon olmasının yeganə səbəbi testlərimizin dünya ölkələrindən daha yaxşı olmasıdır. Digər ölkələr testetmədə bizdən geridə qalırlar, buna görə də yoluxma hallarını daha az göstərirlər".
Sözsüz ki, ABŞ prezidenti bu fikirləri izhar edərkən, indiyədək 26 mindən çox insanını itirən İspaniyanı, İtaliyanı və ya İngiltərəni nəzərdə tutmur. Onun testetmə aparatlarına şübhə etdiyi ölkələr Çin, Rusiya, Almaniya kimi onminlərlə xəstəsi olduğu halda özlərini koronavirusa qarşı immuniteti yüksək göstərməyə çalışanlardır.
Maraqlıdır ki, bu ehtimal təkcə Rusiyanın baş düşməni olan ABŞ prezidentinə aid deyil. Özünü Kremlin vassalı kimi aparan Belarus prezidenti Lukaşenko da çıxışlarının birində rus testlərinin keyfiyyətinə şübhə ilə yanaşmış, onların yalnız 30%-nin normal olduğunu bildirmişdi.
Ovqat.com-un Rusiyadakı qaynaqlardan əldə etdiyi məlumata görə, bu ölkədə koronavirusun ciddi şəkildə yayıldığı məkanlardan biri də ordu hissələridir. Eyni kazarmada kollektiv şəraitdə hərbi xidmət göstərən rus əsgərlərinin əksər hallarda təhlükəli məsafəni qoruya bilməməsi yoluxmamaların kəskin şəkildə artması ilə nəticələnir. Bildirilir ki, indiyədək rus ordusunda 1044 əsgərin koronavirusa yoluxduğu rəsmən aşkarlanıb.
Qeyd edək ki, bir müddət əvvəl 9 may paradına hazırlaşan rus əsgərləri arasında koronavirus yoluxmalarına dair məlumat almışdıq. Yetkililərin bu sürpriziylə qarşılaşdıqdan dərhal sonra parad məşqlərinə qatılmış 15 min əsgəri karantin altına aldığı vurğulanırdı. Hətta bu səbəbdən 9 may paradının təxirə salınacağı ehtimal olunur. İndi məlum olur ki, həmin 15 min əsgərdə mindən çox virusa yoluxması təsbit edilib.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar