Xəbər lenti


 
Almaniya DİN Hizbullahın ölkədəki fəaliyyətinə qadağa qoyulması barədə qərar qəbul edib.
 
Ovqat.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Stiv Alter özünün Twitter hesabında bəyan edib.
 
Sözçünün yazdığına görə, daxili işlər naziri Horst Seehofer şəxsən bu barədə əmr verib və polis qüvvələrinə sözügedən “şiə terror təşkilatı”nın Almaniyadakı fəaliyyətinə son qoyulması üçün lazımi tədbirlərin görülməsini tapşırıb. 
 
Sözçü polisin bu səhər bir çox əyalətlərdə əməliyyata başladığını bildirib.


 
Almaniya qəzetləri də Hizbullaha qarşı başladılan əməliyyatdan yazıblar. "Bild" qəzetinin bildirdiyinə görə, alman polisi bu səhər Hizbullaha aid olmaqda şübhəli bilinən dörd məsciddə və dərnəkdə əməliyyat keçirib. Əməliyyat çərçivəsində Berlindəki Əl-İrşad Məscidi, Bremendəki Əl-Mustafa Cəmiyyəti, Münsterdəki İmam Mehdi Mərkəzi və Dortmunddakı Livan Miqrant Cəmiyyətinin fəaliyyəti dayandırılıb. 
 
Almaniya xüsusi xidmət orqanları ölkədə Hizbullah üzvlərinin sayının 50.000 ətrafında olduğunu təxmin edir.
 
Qeyd edək ki, Hizbullahın hərbi qanadı 2013-cü ildən Avropa Birliyi tərəfindən terror təşkilatları siyahısına daxil edilib. ABŞ və İsrail də bu sənədi əsas gətirib Almaniyadan Hizbullahın fəaliyyətinə xitam verməyi tələb edirdi. 
 
Xüsusilə İsrail dünyada baş vermiş bir çox hücumlarda Hizbullahı günahlandırır.


Ana səhifəyə qayıt        Baxış: 2 800          Tarix: 30-04-2020, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma