İblis tək o deyil; yığdığı sərvət
Günah quyusunun dibindən çıxar.
İblis həm də odur; molladır, fəqət
Hahamın, keşişin cibindən çıxar.
Heydər Oğuz
İsrailin Rabitə naziri Əyyub Qara Səudiyyə Ərəbistan müftisi və Üləma Heyətinin sədri Əbdüləzizi Al-i Şeyxi Tel-əvivə dəvət edib.
Ovqat.com xəbər verir ki, bu iltifatın səbəbi Ərəbistanın baş üləmasının bir televiziya proqramında dilə gətirdiyi fikirlərdir.
Məlumata görə, televiziya çıxışı zamanı izləyicilərin suallarını cavablandıran baş müfti sionist rejimi əməlli-başlı dəstəkləyib. O, İsrailə qarşı döyüşməyin caiz olmadığını, Həmasın terror təşkilatı olduğunu və Hizbullaha qarşı İsrail ordusuyla birgə hərbi əməliyyata başlamağın vacibliyini bildirib.
Baş müftinin sözlərini yüksək qiymətləndirən dürzi əsilli İsrail naziri özünün Twitter hesabında bu mesajı paylaşıb:
"Səudiyyə Ərəbistanı Müftisi və Üləma Heyətinin sədri Əbdüləziz Al-i Şeyxi yəhudilərə qarşı döyüşməyi və onları öldürməyi qadağan edən fətvasından görə təbrik edirik. Al-i Şeyx Həmasın terror təşkilatı olduğunu və fələstinlilərə zərər verdiyini, Məscidi Əqsada keçirilən nümayişlərin demaqogiya olduğunu və İsrail ordusu ilə Hizbullahı yox etmək üçün əməkdaşlıq edilə biləcəyini söyləyib. Mən müftünü İsrailə dəvət edirəm; ən yüksək səviyyədə və hörmətlə qarşılanacaq".
Paylaş: