Xəbər lenti
Dünən, 19:25

 
“Şimali Koreyanın lideri Kim Çen İn ağır xəstədir və öləcəyi təqdirdə ölkəsinin potensial güc mübarizəsinin qarşısını almaq üçün təcili fəaliyyət planları var”.
 
Ovqat.com xəbər verir ki, bu fikirləri Tayvanın Milli Təhlükəsizlik Bürosunun (NSB)  rəhbəri Chiu Kuo-cheng ötən cümə axşamı mətbuata verdiyi açıqlamada deyib.
 
Taiwan News-in xəbərinə görə, təhlükəsizlik şefi Kimin ölüm şayiələri haqqında məlumatlı olduqlarını, amma bu şayiələrin hələ öz təsdiqini tapmadığını da vurğulayıb.


 
Jurnalistin bu mövzuyla bağlı israrlı suallarını isə təbəssümlə qarşılayan  Chiu Kuo-cheng cavab verməkdən qaçınıb. Chiu tərəddüdünü iki amillə əsaslandırıb. Əvvəla, əllərində Kimin sağlamlıq vəziyyətinə dair yetərli məlumat yoxdur. İkinci, əllərindəki  əməliyyat məlumatları açıqlansa, Şimali Koreyadakı mənbələrinin kimliyi aşkarlanar və həyatları təhlükə altında  qalar.
 
Tayvan Təhlükəsizlik Bürosunun sözçüsü Hu Mu-yuan da “Taipei Times” nəşrinə açıqlamasında vurğulayıb ki, əldə etdikləri əməliyyat məlumatları  Kim Çen İnin sağlamlıq vəziyyətinə aydınlıq gətirəcək səviyyədə deyil. 
 
Sözçünün fikrincə, Şimali Koreya ordusu və hökuməti hələ də rəsmi olaraq Kimin  nəzarəti altındadır.
 
Cənubi Koreyanın millət vəkili Seong-ho isə Kim Çen İnin keçən həftə öldüyünü iddia edib.


 
Deputat “YonhapNews” nəşrinə açıqlamasında ona bu barədə məlumatın etibarlı mənbələrdən ötürüldüyünü deyib. 
 
Dəqiq deyil, amma deyərdim ki, bu ehtimal 99% doğrudur. Koreya televiziyası bu həftənin sonunda Kimin ölümünü rəsmən elan edə bilər”,- Seong-ho belə deyib.
 
Dünyanın məşhur media qurumlarından olan “Daily Mail” də Kim Çenin 99% ehtimalla öldüyünü bildirib.


Ana səhifəyə qayıt        Baxış: 2 688          Tarix: 1-05-2020, 17:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma