Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Səudiyyə Ərəbistanı neft hasilatını könüllü və birtərəfli qaydada gündə 1 milyon barel azaldacaq.
Ovqat.com xəbər verir ki, məlumatı krallığın Enerji Nazirliyi yayıb.
Nazirlik hasilatda kəsintiyə getməsinin səbəbini də açıqlayıb: qlobal enerji bazarının tənzimlənməsini sürətləndirmək niyyətilə.
Rəsmi Riyad öz vədini yerinə yetirsə, onun gündəlik neft hasilatı 18 ilin ən aşağı səviyyəsinə enəcəkdir.
Qeyd edək ki, OPEC-in ötən ayın 10-da keçirilən video-sammitində hasilatı azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanının istehsal kvotası gündəlik 8.5 barrelə enmişdi. Nazirliyin bu qərarından sonra isə ARAMCO-nun gündəlik 7.5 milyon neft çıxaracağı bəlli olur.
Krallıq bu addımı ilə digər OPEC + ölkələrini və digər istehsalçıları bu təşəbbüsə qoşulmağa və əlavə ixtisarlara getməyə təşviq etmək istədiyini də gizlətməyib.
Ölkənin Enerji Nazirliyinin bu açıqlamasından sonra həqiqətən qlobal neft bazarında qiymətlər yüksəlməyə başlasa da, bu trend uzun sürməyib. Digər istehsalçılardan xəbər çıxmayınca neft birjalarında yenidən ucuzlaşma müşahidə olunur. Hazırda Londonun ICE birjasında Brent markalı neftin bir barreli 29.80 ABŞ dollarına satılır. Nyu York əmtəə birjasında isə WTI markalı neftin fyuçers qiyməti 24.30 dollaradır.
Rəsmi Riyadın əlavə kəsintilərə getməsi səbəbsiz deyil. Ötən ay OPEC+ ölkələri gündəlik 10 milyon barrel hasilat ixtisarına qərar verəndə bir çox mötəbər araşdırma qurumları bunun kifayət etməyəcəyini, ixtisarı ən azı 2 dəfə artırmağı məsləhət bilmişdilər. Əks halda mayın 11-ə qədər qiymətlərin yenə sıfırın altına düşəcəyini proqnozlaşdırılırdı. Bu gün qorxunc proqnozun son günüydü. Səudiyyə Ərəbistanının məhz indi ixtisar qərarı alması bu mənada təsadüfə oxşamır.
Görünən budur ki, rəsmi Riyad gündəlik 20 milyon barrel ixtisara gediləcəyi halda öz üzərinə düşəni könüllü şəkildə həyata keçirib. Digər hasilatçıların da eyni addımı atıb-atmayacağı bəlli deyil. Onlar bu təşəbbüsə qoşulmasalar isə, rəsmi Riyadın təkbaşına “fədakarlığı” heç bir işə yaramayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar