Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Qlobal neft bazarında qeyri-müəyyənlik davam edir.
Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının ötən həftənin sonunda gündəlik hasilatı kvotada nəzərdə tutulandan 1 milyon barrel azaldacağını bildirməsi neft birjalarını qismən rahatlatsa da, yenidən qiymətlər aşağı düşməyə başlayıb.
Məlumata görə, Londonun İCE birjasında bir barrel Brent markalı neftin fyuçers qiyməti bu gün 3.5% enərək 28.86 dollara qədər düşüb.
Nyu York əmtəə birjasında da ucuzlaşma 3%-i keçib. Bir barrel xam neftin fyuçers qiyməti isə 25 dollardan aşağı düşüb.
Maraqlıdır ki, neft birjalarında bu eniş-qalxışlar spekulativ xəbərlərlə əlaqələndirilir. Bildirildiyinə görə, günün ilk yarısındaki bahalaşmanın səbəbdən biri OPEC+ ölkələrinin hasilat siyasətilə bağlıdır. İddia olunur ki, Səudiyyə Ərəbistanının hasilat həcmini azaltmasından sonra digər neft istehsalçılarından da buna müsbət reaksiyalar gəlib. Onların da gələn aydan etibarən istehsalı artırmayacaqları barədə neft kulislərində məlumatlar dolaşıb. Bu da qiymətlərə müsbət təsir göstərib.
Məsələ burasındadır ki, OPEC+ ölkələri ötən ayın 10-da keçirilən videokonfrans formatlı sammitində may ayının sonuna qədər hasilatı gündəlik 10 milyon barrel azaldatmağa qərar vermişdilər. İyundan ilin sonuna qədər isə bu kəsinti həcminin gündəlik 7.7 milyon barrel civarında tutalacağı planlaşdırılırdı. Dolayısıyla OPEC+ ölkələrinin kvotada nəzərdə tutulandan gündəlik 2.3 milyon barrel az hasilata meyllənməsi xəbəri bazarların rahatlaşmasına səbəb olmuş və günün ilk yarısında fyuçers qiymətləri də artmışdı.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Faucinin nəhs xəbəri isə yenə bütün hər şeyi alt-üst edib. Belə ki, Fauci bu gün mətbuata verdiyi açıqlamasında koronavirus təhlükəsinin hələ də davam etdiyini xatırladıb və karantin tədbirlərinin dərhal yumşaldılmasının yenidən ciddi problemlərə yol açacağını bildirib. Ardından Çinin Vuhan şəhərində virusun yenidən yayılması xəbərləri yayılıb. Bu iki bəd xəbər neft qiymətlərinin yenidən ucuzlaşmasına səbəb olub.
Nəticədə səhər 30.54 dollara qədər yüksələn bir barrel “Brent” markalı neftin fyuçers dəyəri günün ikinci yarısında 28.94 dollara qədər düşüb. “WTI” markalı neft isə 26.44-24.80 dollar arasında var-gəl edib.
Mənfi trend davam edir.
Heydər Oğuz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar