Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Tramp sabah Rusiya ilə 1992-ci ildə bağlanan Açıq Səmalar Sazişindən (ASA) rəsmən imtina edəcək.
Ovqat.com xəbər verir ki, bu məlumatı “New York Times” qəzeti irəli sürüb.
ABŞ-ın yüksək çinli rəsmilərinə istinadən yayılan xəbərdə bildirilir ki, Trampın bu qərarı verərkən söykənəcəyi arqument Rusiyanın sazişin tələblərini pozması olacaq.
Bu qərar veriləcəyi təqdirdə Tramp hakimiyyəti ABŞ-ın Rusiya ilə bağladığı 3-cü sazişdən geri çəkilmiş olacaq. İndiyə qədər ləğv edilən sənədlərdən biri 2016-cı ildə İranla BMT TŞ-nın 5 daimi üzvü və Almaniyanın bağladığı nüvə sazişidir. Tramp hakimiyyətə gəldikdən bir müddət sonra həmin nüvə sazişindən çəkildi və İrana qarşı daha kəskin sanksiyalara qərar verdi.
Ləğv olunan digər saziş 1987-ci ildə ABŞ-la Sovet İttifaqı arasında bağlanan, SSRİ-nin dağılmasından sonra isə Rusiyanın öhdəliklərini qəbul etdiyi Ortamənzilli Nüvə Gücü Sazişidir. Tramp bu qərarı verərkən də Rusiyanın həmin sazişin tələblərini pozduğunu əsas gətirmişdi.
ABŞ Prezidentinin sabah çəkiləcəyi gözlənilən ASA sazişi isə Rusiya və ABŞ-ın strateji silahların ləğvinə nə dərəcədə əməl edilməsini yoxlamaq üçün imzaladıqları silahsız müşahidə uçuşlarına dairdir. Bu sənədə görə, həm Rusiya, həm də ABŞ bir-birinin ərazisində silahsız təyyarə uçuşları həyata keçirə və şübhələndikləri yerləri müşahidə edə bilərlər. Həmin sənəd əksəriyyəti NATO üzvü olan 34 ölkə tərəfindən imzalanıb. Görünür, Rusiyanın NATO qüvvələrinə hansısa müşahidə uçuşlarına icazə verməməsi Tramp hakimiyyətinə bu addımı atmaq üçün münbit zəmin hazırlamışdır.
ABŞ-ın ASA sazişindən çıxmasından sonra Rusiya ilə bağladığı yeganə hərbi-strateji müqavilə qalacaq – Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilə (New START). Rəsmi Vaşinqton 2018-ci ildə bu sazişin zamanının uzadılmayacağını bəyan etmişdi. 2011-ci ildə 10 illiyinə qüvvəyə minən sazişin müddəti bu il bitir. Belə çıxır ki, Rusiya ilə ABŞ arasında qalıcı sülhü təmin edən bütün müqavilələr də bu il sona çatacaq. Bu isə onsuz da iqtisadi cəhətdən çöküş dövrünü yaşayan Rusiyanın ya yenidən silahlanma yarışına girməyə vadar edə, ya da silah gücü baxımından geri qalmasına yol aça bilər. Hər iki ehtimal Rusiyada gələn il həm hərbi, həm də iqtisadi cəhətdən ağır tənəzzülün yaşanması deməkdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar