Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
İran ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyaları elə Amerika qitəsində yarmağı bacarıb.
Ovqat.com xəbər verir ki, "Fortune", "Forrest" və "Petunia" adlı üç neft tankeri ABŞ-ın bütün əngəllərinə və təhdidlərinə baxmayaraq Venesuelaya çatıb.
İranın bu ölkəyə neft daşıyan digər iki tankeri isə yoldadır. Ümumilikdə 5 tankerlərlə İrandan Venesuela 1.5 milyon bareldən çox yanacaq idxal edilir. ABŞ-ın sanksiyaları səbəbindən öz neft email zavodlarını işlədə bilməyən Venesuela üçün bu neft idxalı iqtisadiyyatın qismən dirçəlməsi deməkdir. Amma bu idxal əməliyyatının iqtisadi dəyəri qədər, bəlkə ondan da çox siyasi dividenti var.
Söhbət ondan gedir ki, ABŞ bu neft transferində yer alan hər iki ölkəyə sanksiyalar tətbiq edib və digər dövlətləri də həmin qadağalara tabe olmağa çağırır. İran və Venesuelanın birgə əməkdaşlığının başlıca məqsədlərindən biri də əslində bu qadağaları pozmaq idi. Ekspertlərin fikrincə, ölkələr bu məqsədinə nail ola bilib.
Onların fikrincə, İranın bunu bacarması ABŞ prezidenti Donald Trampa bir neçə aydan sonra keçiriləcək növbəti seçkilərdə ağır zərbə vuracaq. Tramp ABŞ tarixinə İran qarşısında uduzan prezident kimi düşəcək və bu uğursuzluq seçkilərdə onun rəqibilərinin əlində ən ciddi silaha çevriləcək.
“Bundan sonra Rusiya, İran və Venesuela Trampın iqtisadi sanksiyalar siyasətini daha zəif və effektivsiz hala gətirmək üçün birlikdə işləyə bilərlər”- Beynəlxalq Enerji Tədqiqatları İnstitutunun direktor müavini Məhəmməd Sadiq Cokər bu fikirdədir.
Bəs ABŞ onun xəbərdarlıqlarına əhəmiyyət verməyən İran tankerlərini niyə vurmayıb?
Suala aydınlıq gətirən Xərəzmi universitetinin professoru Seyid Səid Mirtabi Hüseyninin fikrincə, Vaşinqton bunu sadəcə olaraq bacarmayıb.
“Belə bir hərəkət ABŞ-a çox baha başa gələrdi. ABŞ-ın İran tankerlərinə hücum və ya qaçırmaq üçün addımlar atacağını düşünmürəm. Bu, beynəlxalq daşınma qanunlarının pozulmasıdır və Vaşinqtonun bu mövzuda xəbərdarlıqları puçdur. İran tankerlərinə qarşı ola biləcək hər hansı bir hücuma dərhal reaksiya verəcək və ABŞ Hərbi Dəniz Qüvvələrini hədəf alacaqdı”,- Seyid Səid Mirtabi Hüseyni “Sputnik”-ə açıqlamasında belə deyib.
Qeyd edək ki, İran tankerləri Venesuela hava sərhədlərinə daxil olduqdan sonra bu Latın Amerikası ölkəsinin hərbi təyyarələrinin müşayiəti altında hərəkət edib. Bununla Karakas da Vaşinqtona hərbi gücünü nümayiş etdirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar