Xəbər lenti
 
 
ABŞ Dövlət Departamenti Patriot sistemlərinin təmiri və istismarı və raket əleyhinə döyüş sursatı təchizatı üçün Küveytə 1 milyard 425 milyon dollarlıq hərbi satış sənədini təsdiqləyib.
 
Ovqat.com xəbər verir ki, ABŞ bu qərarı ilə Türkiyəyə satmadığı “Patriot” hava hücumlarından müdafiə sistemini Küveytə satacaq.
 
Məlumata görə, ABŞ Müdafiə, Təhlükəsizlik, Əməkdaşlıq Agentliyi, xarici hərbi satışlar çərçivəsində Küveytə verilmiş 800 milyon, 425 milyon və 200 milyon dollarlıq üç satış paketi ilə əlaqədar bir açıqlama verib.
 
Açıqlamada, 800 milyon dollarlıq paketinə 84  ədəd “Patriot” (PAC-3) raket avandanlıqları və mərmiləri və kapsulları, 2 antiraket sınaq sursatı, 35 modernləşdirilmiş Patriot Modifikasiya dəsti daxildir.


 
200 milyon dollarlıq satış paketində isə Patriot GEM-T tipli raket və raket hissələrinin təmiri xidməti, lazımi sınaq və dəstək avadanlığı, texniki məlumatlar və kadr hazırlığı sənədlərinin olduğu bildirilir.
 
425 milyon dollar dəyərində satış paketinə PAC-3 Sahə Müşahidəsi Proqramı, Patriot Raket Dəstək Mərkəzi və hər ölkəyə məxsus olan avadanlıqlar, həmçinin Küveyt Raket Toplanması və Sökülmə Qurğusu üçün texniki dəstək, təmir, texniki xidmət, istismar və avadanlıq xidmətləri daxildir
 
Satış barədə bildiriş Konqresə göndərilib. Şatışın baş tutması üçün Konqres 30 iş günü ərzində bu sənədə etiraz etməməsi tələb olunur.


 
Mütəxəssislərin fikrincə, ABŞ-ın NATO-dakı müttəfiqi Türkiyəyə çox gördüyü “Patriot” antiraket sistemini Küveytə satması İsrailin hərbi maraqları ilə izah edilə bilər. Mülahizələrə görə, İranın ABŞ hücumlarından ən yaxşı müdafiə “silahı” İsraili ortamənzilli raket zərbələrinə məruz qoymaq potensialıdır. Rəsmi Tehran da bunu gizlətmir, ABŞ-la müharibə başlayarsa hədəfə alacaqları əsas məkanın İsrail olacağını dəfələrlə dilə gətiriblər. Hazırda İranın arsenalında 3 min km-ı vura bilən raketlərin olduğu nəzərə alsaq, bu, ciddi təhdiddir. Çünki 3 min km. mənzilli raketlərlə İran öz hədəfini rahatlıqla vurmaq imkanına malikdir.


 
Bu ehtimal istər-istəməz İsraili İran zərbələrindən qorunmaq üçün müxtəlif tədbirlərə əl atmağa vadar edir. Təl-əvivin bu hücumlardan özünümüdafiə strategiyası iki mərhələyə bölünür. Birinci mərhələ iki dövlət arasındakı buffer zonalarda raketlərdən müdafiə sistemi formalaşdırmaqdır. İsrailə İrandan atılması ehtimal olunan bu raketlər mümkün olduğu qədər ərəb ölkələrinin səması üzərində zərərsizləşdirilməli, bu səddi keçənlər isə ikinci mərhələdə  İsrailin “Dəmir qübbəsi” əngəli ilə qarşılaşmalıdır.
 
Küveytə öz puluyla satılmış “Patriot” raket hücumlarından müdafiə sistemləri də məhz bu ilk mərhələ üçün nəzərdə tutulmuş ola bilər.


Ana səhifəyə qayıt        Baxış: 2 736          Tarix: 29-05-2020, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma