Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Cəmşid Dərələyəzli
Tarix 9 may 2020-ci il. Bu tarixdə Qərbi Azərbaycandan (İrəvandan) zaman-zaman deportasiya edilmiş və nəhayətdə 1988-ci ildə tamamən o torpaqlardan didərgin salınmış soydaşlarımızın, uzun illərdən bəri mücadiləsini verdiyi Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublika-sının elan edilməsi gerçəkləşmiş oldu. Sonradan isə az keçməmiş Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının adını müvəqqəti olaraq, Millət Şurası Qərbi Azərbaycan (İrəvan) Respublikası adlandırmaq qərarına gəldi. Bu isə obyektiv səbəblərdən, yəni hökümətin hələ qurulmamasından qaynaqlandı. Yəni bu da o deməkdir ki, yaxın zamanda hökümət qurulub, elan edildikdən sonra öz əvvəlki adına qayıdacaqdır.
Bu nədənlə, aradan keçən bunca az bir zaman içərisində bir qrup Qərbi Azərbaycandan olan vətən sevdalısı soydaşlarımızın təşəbbüsü ilə ilkin olaraq elan olunan Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası gündəmi zəbt edibdir. Və bu da təbiidir. Çünki Azərbaycan dövləti və xalqı olaraq, son iki yüz ildə, mənfur ermənilər və onların havadarları tərəfindən başımıza gəlməyən müsibətlər qalmamış, sonda da bizə aid coğrafiyamızda bir erməni dövləti qurularaq, torpaqlarımızın böyük bir hissəsi bizdən qoparılmışdır. Bu da yetməmiş kimi, ermənilər Dağlıq Qarabağda, ikinci erməni dövlətini qurmaq yönündə də çabalarını sürdürməkdə davam edirlər.
Təəssüf ki, itirilmiş torpaqlarla bağlı apardığımız mücadilələr, konkret olaraq bu günə kimi elə də bir sonuç verməmişdir. Bunun da ən çox günahı, hələ uzaq tariximizdə olanları demirəm, yaxın tariximizdə 1988-1992-ci illərdəki Azərbaycanın o zamanki manqurt rəhbərlərinin bacarıqsızlığı, qətiyyətsizliyi və uzaqgörməzliyi sayəsində, bu münaqişənin sonradan beynəlmiləlləşməsinə nədən oldu ki, bu da münaqişənin “həlli” məsələsində beynəlxalq güclərin tərəf olmasına gətirib çıxarmış oldu.
Artıq son Ermənistan-Azərbaycan münaqişəsindən 32 il keçir. Bu illər ərzində Azərbaycan dövləti, xüsusən də indiki hakimiyyət bütün sferalarda öz səylərini sərf edərək, münaqişənin hər iki variantda; hərbi- siyasi yolla həlli istiqamətində çaba sərf etməkdədir. İnanırıq ki, bu səylərdən biri sonda qəti olaraq öz sözünü deyəcəkdir. Təbii ki, arzu edərdik, məsələ siyasi yolla, qansız öz həllini tapsın. Və onu da qeyd etmək istərdim ki, bunca zəhmətin, yəni sonda məsələnin Azərbaycan dövlətinin maraqları çərçivəsində həllini, indiki hakimiyyət başqa kimsənin ayağına yazılmasına müsaidə etməyəcəkdir. Çünki bu bir şərəf tarixidir. Ona görə də istərdik ki, ermənilərə qarşı edilmək istənilən bütün təzyiq variantları işə salınsın və dəstəklənilsin.
Bu nədənlə indiki halda Ermənistan-Azərbaycan münaqişə ilə bağlı Azərbaycan xalqının, xüsusən də 1988-ci ildən sonra vətənlərindən qaçqın və köçkün düşmüş bir milyondan artıq insanımızın iztirabları və bu iztirablardan doğan narahatlıqları və xüsusən də vətənlərinə dönmək yolundakı hərəkətlilikləri başa düşüləndir və bunun özü də Azərbaycan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yürütdüyü siyasətə bir dəstəkdir və eyni zamanda da bu yöndə aparılan danışıqlarda Azərbaycanın yürütmüş olduğu siyasətin təsir gücünün artmasına bir köməkdir.
Məhz bütün bu narahatçılıqların nəticəsidir ki, Qərbi Azərbaycandan, yəni indiki “Ermənistan” adlanan ərazilərdən qaçqın düşmüş soydaşlarımız sonda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması ideyasının gerçəkləşdirmək qərarına gəldilər. Bu qərarın gerçəkləşməsinin elan olunması, cari ilin əvvəlinə planlaşdırılırdı. Lakin, dünyanın qarşılaşdığı pandemiya fəlakəti meydana gəldiyindən bu müvəqqəti olaraq ertələndi. Sonradan xəstəliyin uzandığı və bu xəstəlikdən dolayı da, dünyada gedən yeni Qloballaşma və bu qloballaşmadan doğan Dünyanın yenidən şəkilləndirilməsi çalarlarının üzə çıxması və ATƏT səviyyəsində Ermənistan Azərbaycan münaqişəsində danışıqlar formatının dəyişdirilməsi yönündə gələn səslər, bizi virutal olaraq dərhal bu höküməti elan etməmizə səbəb oldu. Bu gün yenə deyirəm virutal telegörüşlə, yəni “havada” elan olundu. Qardaş Türküyədən elan olunmasının nədəni isə, sonradan bu yöndə yürüdüləcək siyasətin, indiki halda ölkəmizin və xalqımızın çıxarlarına dəng gəlməsi amacından qaynaqlanmışdır. Qaldı ki, adından da göründüyü kimi, bu Mühacir hökümətdir. Bu gələcəkdə dünyanın hər bir yerində fəaliyyət göstərə bilər və təmsilçiləri vasitəsi ilə edəcək də. Necə ki, ermənilər bunu yüz illərdir ki, edirlər.
Hazırda ermənilər qardaş Türküyədə yüz il öncə elan etdikləri Batı Ermənistan hökümətini yaradıblar və istədikləri zaman da gəlib tədbirlərini Ermənistanda və dünyanın hər yerində keçirirlər. Hətta axırıncı görüşlərindən birini də Şuşada keçiriblər. Bizim bu addımı məhz Türküyədə atmağımıza gəlincə, onu da unutmayaq ki, biz bir millət iki dövlətik.
İndiki halda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsini doğuran digər əsas səbəblər;
Birinci və ən əsas səbəb - tarixən o torpaqların bizə aid olması və 1988-ci ildə o yerlərdən qaçqın düşmüş soydaşlarımızın 50-55 yaş üstünün, 80-%-nin dünyasını artıq dəyişdiyini və bununla da yaşlı nəsilin bir neçə on ilə tamamən tükənəcəyidir.
İkincisi, 1918-ci ildə İrəvan ermənilərə Başkənd kimi “veriləndə”, ermənilərin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmələri, yəni Dərələyəzə, Zəngəzura, Qarabağa və Naxçıvana qarşı qaldırdıqları iddialarda daha bulunmayacaqlarına dair vədləridir.
Üçüncüsü, Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEVİN 30 sentyabr 1998-ci il tarixdə imzalamış olduğu Azərbaycan Respublikasının vətəndaşlığı haqqında, AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUN 5-ci maddəsinin 3-cü yarım bəndi ilə. - 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşı sayılırlar. Lakin, (həmin maddənin 4-cü yarım bəndi) bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.
Dürdüncüsü, ölkə başçısı cənab İlham Əliyevin rəsmi trubinalarda səsləndirdiyi -Biz əzəli torpaqlarımız olan, İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq, bu bizim haqqımızdır və bu haqqı bizm əlimizdən heç kimsə ala bilməz.
Beşincisi, Dünyanın, xüsusən də BMT-nin bu məsələdə passivliyi və ikili standartlardan çıxış etməsi.
Altıncısı isə Ermənistan Baş Nazirinin həftədə bir gəlib Qarabağda yallı getməklə, millətimizə qarşı mənəvi terror həyata keçirməsidir.
Təşəbbüs qrupu məhz bütün bu arqumentləri və xüsusən də soydaşlarımızın vətənə dönmək istəklərini nəzərə alaraq, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığını elan etdi. İndi bəzi soydaşlarımızın qalxıb buna qarşı məntiqsiz müxtəlif bəhanələr gətirib bu ideyanın gerçəkləşməsini gözdən salmağa cəhd etmələri təəssüf doğurur və bu da sadəcə olaraq düşmənlərimiz sevindirir. Hansı ki, biz bu məsələdə çox gec qalmışıq.
Əslində Ermənistan Azərbaycan münaqişəsinin ilk günlərindən Qərbi Azərbaycandan qovulmuş insanlarımızın öz vətənlərinə dönmələri ilə bağlı məsələ, bu münaqişə ilə bağlı aparılan danışıqların predmetlərindən biri olmalı idi. Ki, sonrakı danışıqlarda Qarabağ ermənilərinə gələcəkdə veriləcək status qədər, onların da gələcəkdə öz vətənlərinə dönüb bərabər bir statusla yaşam şərtlərini bəlirləsinlər.
Ona görə də bütün bu gerçəklərdən döğan Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması bizim birliyimizə xələl gətirməməlidir. Yenə də deyirəm; bundan bizim düşmənlərimiz və bir də adı bizdən olan bəzi “adamlar” narahat ola bilərlər və bu da təbiidir. Lütfən gəlin, belələrinin “fikirlərinə” qapılıb da xırdalıqlara varmayaq. Bu gün ölkə başçısının bütün alanlarda, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yürütdüyü siyasət xalqın birliyindən keçir və bu birliyi ölkə başçısı pandemiyya fəlakəti ilə bağlı ələ almış olduğu tədbirlərlə bir daha nümayiş etdirdi ki, xalqla dövlət həmrəydir.
Sadəcə olaraq, o adamların diqqətinə bir daha çatdırırıq ki, yaradılmaqda olan İrəvan höküməti, erməni variantı ilə ermənilərə qarşıdır. Bu hökümətin tək amacı - min illərlə bizim olan o torpaqlar uğurunda beynəlxalq aləmdə mübarizə aparmaq və sonda da o torpaqlara dönməkdir. Başqa heç bir amacı yoxdur və bu höküməti yaradan ilk təşəbbüs qrupunün üzvləri də onun qarşıya qoyduğu bu hədəfdən sapdırılmasına heç bir zaman müsaidə etməyəckdir.
Bu hökümət gələcəkdə monoetnik bir dövlət olmaqdan da yana deyildir. Gələcəkdə o torpaqlarda yaşamış və yaşayacaq bütün xalqların haqlarını tanıyacaq və onların təhlükəsizliyinə qarant olacaq bir hökümət qurulmuşdur.
Əvvəldə də qeyd etdiyimiz kimi, elan edilən bu hökümət heç bir ölkənin, xüsusən də Azərbaycan dövlətinin heç bir daxili işinə qarışmır. Yalnızca özünün əsas hədəfləri ilə yanaşı, dünyanın hər yerində Azərbaycan dövlətinin bu yöndəki siyasətinə dəstək olacaq və yürdülən siyasətin təsir gücünün artırması qatqısında bulunacaqdır. Bu gün biz bununla sadəcə olaraq, bir təməl atırıq. Bu təməldən sonra bu hökümətin mübarizəsi yüz il də çəkə bilər, bəlkə də daha tez də.
Unutmayın ki, ermənilər bu yolla dövlət olmaq və Böyük Ermənistan ideallarını gerçəkləşdirmək üçün, iki yüz ildən artıqdır müabarizə aparmışlar və hələ də aparırlar. Bu gün onlar, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan torpaqları yetməmiş kimi, qardaş Türküyənin Doğu Anadolu ve Güneydoğu bölgələrində bulunan 20 şəhərini 1915-ci ildən sözdə Batı Ermənistan adlandıb öz hökumətlərini qurmuşlar. Qonşu Gürcüstanda da həmçinin.
İndi söz sizlərindi. Zaman gedir. Biz erməniləri məhz elə özlərinin bu kartları ilə vurmalıyıq. Onu da nəzərə alın ki, ermənilər öz fəaliyyətlərində heç bir zaman nə beynəlxalq hüquqa istinad ediblər, nə də beynəlxalq qərarlara əhəmiyyət veriblər. Necə ki, illərdir Qarabağla bağlı BMT-nin 4 qətnaməsini diqqətə almırlar. Bu nədənlə ölkə başçısı dəfələrlə öz çıxışlarında bu haqsızlıqlara bağlı fikir söyləyib.
Digər tərəfdən, Respublikada peşakar hüquqşunas kimi tanınan, həm də vətən, millət və dövlət sevdalısı olan dəyərli soydaşımız Muxtar Mustafayev demişkən, “Dünyada beynəlxalq hüquq deyilən bir şey artıq yoxdur, güc hüququ var. Əgər varsa belə bir hüquq öncə bizim hüququmuzu tanısınlar, sonra onların”. Yəni indiki Ermənstanda var olmamızı. Mən isə deyərdim ki, varsa belə bir hüquq, bir ədalət, onda ermənilər özləri zərərli çıxar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar