Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Eastnews.org "Vashington Post"-a istinadən xəbər verir ki, ABŞ-ın "Vashington Post" qəzeti yayımladığı məqalədə bildirib ki, Səudiyyə Ərəbistanının keçmiş təhlükəsizlik rəhbəri Saad əl-Cabri vəliəhd şahzadənin amansız hərəkətlərinə məruz qalıb.
Qəzet, vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Səudiyyə Ərəbistanının keçmiş təhlükəsizlik rəhbəri Saad əl-Cəbriyə qarşı son hərəkətləri barədə məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, Səudiyyə kəşfiyyatçıları hazırda qorxu və xəyanət hissi ilə üz-üzədirlər:
"İbn Salman Səudiyyə Ərəbistanının kəşfiyyat sütunlarından birini təqib edir. İngiltərə təhlükəsizlik işçisi də əl-Cəbrinin Qərb ölkələri ilə əvvəlki əməkdaşlığını nəzərə alaraq ona mənəvi baxımdan kömək edilməli olduğunu söyləyib. Məhəmməd ibn Salmanı qəzəbləndirən əsas məsələ əl-Cəbrinin Yəmən işğalına qarşı çıxması idi. İkinci məsələ əl-Cəbriyə şübhə edən Əbu Dabinin vəliəhdi Məhəmməd ibn Zeyd idi. İbn Zeyd 2015-ci ilin aprelində ibn Salmanla görüşəndə əl-Cəbrinin Müsəlman Qardaşları ilə münasibətləri barədə xəbərdarlıq edib. Bu əlaqə əl-Cəbrinin oğlu tərəfindən rədd edilib".
Bu yaxınlarda Kanadada mühacirətdə olan Səudiyyə kəşfiyyatının keçmiş rəhbəri Saad əl-Cəbrinin iki övladı, 21 yaşlı Ömər əl-Cəbri və 20 yaşlı Səud əl-Cəbri həbs edilib. Qəzetin yazdığına görə, Səudiyyə rəsmilərinin bu hərəkəti əl-Cəbrini Səudiyyə Ərəbistanına qayıtmağa məcbur etmək məqsədi daşıyır.
Qeyd edək ki, Səudiyyə rəsmiləri keçmiş Səudiyyə rəsmisinin övladlarının bank hesablarını da bağlayıb.
Məhəmməd ibn Salman müdafiə naziri seçiləndə, onunla əl-Cəbri arasındakı əsas fərqlər ortaya çıxıb. İxtilaflar Səudiyyə işğalçıları 2015-ci ildə Yəmənə girəndə başlayıb. Əl-Cəbri Səudiyyənin Yəmənə təcavüzünə qarşı çıxıb. Daha sonra isə kral sarayındakı çevrilişdən və ibn Salmanın vəliəhd şahzadə olmasından sonra Kanadaya mühacirət edib.
Terrorla mübarizə üçün Qərblə səylərin koordinasiyasında əsas rol oynayan Səudiyyə kəşfiyyat agenti Saad əl-Cəbri, Səudiyyə səlahiyyətlilərinin iki oğlu və qardaşını girov götürdüyünü söyləyib. Əl-Cəbri keçmiş Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Nayefin müavini olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar