Xəbər lenti

 
“Dağıstanda baş verən insidentlə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və Azərbaycan vətəndaşlarının bu şəkildə alçaldılması ilə bağlı izahat tələb edilərək ona Azərbaycan tərəfinin etiraz Notası təqdim olunmalıdır”.
 
Ovqat.com xəbər verir ki, AMİP-in bu gün yaydığı bəyanatda belə deyilir. 
 
Bəyanat Azərbaycan hökumətini təxirəsalınmaz tədbirlər görərək ölkə sərhədlərindən kənarda köməksiz durumda qalan vətəndaşlarımızı  təcili surətdə ölkəyə təxliyyə etməyə çağıran AMİP xüsusilə XİN və Diasporla iş üzrə Dövlət Komitəsinin bu sahədə işinin yarıtmaz olduğunu bildirib:
 
Xarici İşlər Nazirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin pandemiya dövründə bu və ya digər səbəblərdən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızla lazımi səviyyədə maraqlanmadıqlarını xüsusilə qeyd edərək bu sahədə görülən işlərin olduqca yarıtmaz olduğunu bəyan edirik.    
 
Rusiya-Azərbaycan sərhədində vətəndaşlarımıza qarşı ləyaqəti alçaldan tərzdə göstərilən son münasibəti şiddətlə qınayırıq və Azərbaycan XİN-in bununla bağlı açıqlamasını qeyri-adekvat hesab edirik.  
 
Diqqətə çatdırmağı vacib bilirik ki, baş verənlərlə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və Azərbaycan vətəndaşlarının bu şəkildə alçaldılması ilə bağlı izahat tələb edilərək ona Azərbaycan tərəfinin etiraz Notası təqdim olunmalıdır. 
 
Vətəndaşına sahib çıxmaq Dövlətin bilavasitə Konstitusion borcudur”,-bəyanatda belə deyilir.


Ana səhifəyə qayıt        Baxış: 5 849          Tarix: 17-06-2020, 21:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma