Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
“Baş həkim mənə deyir ki, uşağın harada müalicə olunub, oradan qanı ilə bağlı epikriz gətir”
Son vaxtlar ölkədə, o cümlədən də Naxçıvan Muxtar Respublikasında koronavirus xəstələrinin sayı kəskin artıb. Bundan başqa, ölkədə kifayət qədər digər xəstəliklərin daşıyıcıları var ki, o vətəndaşların da həyatı önəmlidir. Lakin koronavirusla əlaqədar xəstəxanalarda yer olmadığı üçün digər xəstələr diqqətdən kənarda qalıb, onların müayinə və müalicəsi aparılmır. Elə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndinin sakini Yunis Məmmədovun Hurriyyet.org-a şikayəti də bununla bağlıdır.
“Xəstəxanaya girişə qadağa qoyublar və izah edirlər ki, sığorta verilmir”
Y.Məmmədov bildirib ki, onun uşağı xəstədir: “Qanında problem var, 2-3 aydan bir analiz verməliyik, həkimin yanına getməliyik. Bu gün səhər tezdən durub Babək rayonun xəstəxanasına gəlmişik. Bilirsiniz ki, həkimlər, aparatlardan keçmək pulludur. Tibbi sığorta almaq lazımdır ki, uşaq pulsuz, dövlət hesabına aparatlardan keçsin, həkim baxsın. Amma Babək rayon xəstəxanasının qapısında mülki formada bir qapıçı, bir nəfər də polis qoyublar. Xəstəxanaya girişə qadağa qoyublar və izah edirlər ki, sığorta verilmir. Soruşuram ki, niyə sığorta verilmir? Deyir, “tapşırıq belədir, koronovirusla əlaqədar insanlara tibbi yardım göstərilmir”. Bu, kimin tapşırığıdır? Niyə o tapşırıq verilib, heç kəs bilmir. Bizə belə dedilər ki, “əməliyyata gedəsi adamdırsa, həkim qəbul edəcək, bir də konkret qadın doğursa, tibbi sığortaya, həkimə icazə verirlər, qalan heç bir halda icazə verilmir”. Mən də sorğu edirəm, necə olur ki, Naxçıvan şəhərində sadəcə adamın başı ağrıdığına görə həkimə gedib, adamın qapısına polis qoyub, virus adı ilə adamın evini karantinə alıblar? Bir həftədir Əlyabad kəndində adam evində həbs olunub, heç analiz götürülməyib, müalicə yoxdur, qapısına polis qoyublar.
Mənim uşağımın qan problemi var, xəstəxana deyir ki, baxmırıq. Bu gün Naxçıvanda nə rayonlarda, nə respublika xəstəxanasında koronovirusu bəhanə edib xəstələri qəbul etmirlər. Bu da o deməkdir ki, bü gün kiminsə əli ilə Naxçıvanda istənilən xəstəni ölməyə məhkum ediblər. Belə qayda olmaz ki. Adam mənə şərt qoyur ki, “ya əməliyyat olmalısan, ya da doğuş edən qadınlar qəbul olunur”.
“Mən bu adama başa sala bilmirəm ki, Naxçıvanda qan xəstəxanası yoxdur”
Y.Məmmədov onu da nəzərə çatdırıb ki, o, Babək rayon xəstəxanasının baş həkimi Asiman Yusifovun özü ilə də danışıb: “Baş həkim mənə deyir ki, “uşağın harada müalicə olunub, oradan qanı ilə bağlı epikriz gətir, mən görüm ki, sənin uşağın doğrudan da ağır vəziyyətdədir. Mən sonra icazə verim ki, səni həkim yoxlasın, ya da tibbi sığorta versin”. Mən bu adama başa sala bilmirəm ki, Naxçıvanda qan xəstəxanası yoxdur. Bu xəstəxana Bakıdadır. Mən uşağımı Bakıda müalicə etdirmişəm. İndi mən Bakıya gedib epikriz çıxartdırıb gətirim? Yollar koronavirusa görə bağlıdır”.
Şamo EMİN, Hurriyyet.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar