Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Yeni növ koronavirusun (COVID-19) bütün insanlığa və beynəlxalq münasibətlər sisteminə fundemantal mənfi təsir göstərdiyi bir vaxtda, Türkiyə-Azərbaycan münasibətlərində müsbət proseslər davam edir.
Ovqat.com xəbər verir ki, Türkiyənin Anadolu agentliyi bu qənaətdədir.
Agentliyin “Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyəti dərinləşir” sərlövhəli məqaləsində deyilir:
Hələ epidemiyanın lap yeni yayılmaşa başladığı günlərdə – 2020-ci il fevralın 25-də Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclası keçirilmişdi. Görüşdə ikitərəfli münasibətlərin strateji mahiyyətinin gücləndirilməsi məqsədilə vacib qərarlar qəbul edilmiş, 13 saziş və 1 birgə bəyannamə imzalanmışdı. İmzalanmış mühüm sənədlərin təsdiqlənərək qüvvəyə minməsi prosesi 2020-ci il iyunun əvvəlində başa çatıb. Məsələn, “Hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”, “Preferensial Ticarət Sazişi”, “Maliyyə yardımının tətbiqi haqqında Protokol” və “Qarşılıqlı olaraq vizadan azadetmə haqqında Saziş” Azərbaycan Milli Məclisi tərəfindən 31 may 2020-ci ildə təsdiq olunub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə sənədləri 2 iyun 2020-ci ildə imzaladığı qərarla təsdiqləyib. Proses onların rəsmi qəzetdə dərcilə başa çatıb.
“Qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”
“Qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş”lə iki ölkə arasında vizadan azad edilmənin müddəti də uzadılıb. İllərdir müzakirə olunan viza məsələsi iki ölkə rəhbərliyi arasında hər hansı bir anlaşılmazlıq yaratmasa da, ictimaiyyət tərəfindən mütamadi müzakirə olunan məsələ idi. Hər iki cəmiyyət bir-birinə bu qədər yaxın iki ölkənin, “bir millət, iki dövlət” adlandırılan strateji müttəfiqlərin vətəndaşlarından viza tələb olunmasını tənqid edirdi. Hətta müəyyən vaxtlarda KİV-də guya bu məsələyə bəzi qonşu ölkələrin də müdaxilə etməyə çalışdığına, xüsusilə Azərbaycana təzyiq göstərməyə cəhd olunduğuna dair xəbərlər də yayılırdı. Bununla yanaşı, hər iki tərəfin müstəqil güclü xarici siyasət yürütməsi viza məsələsində tərəflərin rahatlıqla addım ata biləcəklərini göstərirdi. Belə də oldu.
Məlum olduğu kimi, Türkiyə tərəfi Azərbaycan vətəndaşlarının ölkədə viza öhdəliyi olmadan 1 ay qalmasına birtərəfli qaydada icazə vermişdi. Əvəzində, Azərbaycan əvvəlcə Türkiyə vətəndaşları üçün viza şərtlərini yumuşaltmış, sonradan müəyyən qrupa aid Türkiyə vətəndaşlarına müəyyən şərtlər daxilində viza tətbiqini ümumiyyətlə aradan qaldırmışdı. Nəhayət, 2019-cu il sentyabrın 1-dən Türkiyə vətəndaşlarının 1 ay müddətində Azərbaycanda vizasız qalmasına icazə verilib. Sonda bu müddət 90 günə çatdırılıb.
Hərbi və ticarət əlaqələri inkişaf edir
“Preferensial Ticarət Sazişi” illərdir davamlı olaraq dərinləşən iqtisadi əlaqələrə, iki ölkə arasında ticarət həcminin artmasına mühüm töhfə verəcək. İki ölkə arasında ötən il oktyabrın 11-də imzalanmış və rəsmən bu il yanvarın 2-də dərc olunaraq qüvvəyə minmiş Sadələşdirilmiş Gömrük xətti üzrə Anlaşma Memorandumu ikitərəfli ticarətin asanlaşdırılmasına yönəlmiş sənəddir. Bu sənədə əsasən, iki ölkə arasında müəyyən məhsulların ticarətində kvota və gömrük vergisi tətbiq edilməyəcək.
Artıq qüvvəyə minmiş daha bir sənəd – “Hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş” isə Türkiyənin Azərbaycana hərbi sahədə dəstəyini nəzərdə tutur. Razılaşmaya əsasən, Azərbaycan Türkiyənin müdafiə sənayesi şirkətlərindən 200 milyon lirə dəyərində məhsul və xidmətlər alacaq. Mətbuata sızmış xəbərlərə görə, Bakının Türkiyədən yerli istehsal olan PUA-lar, o cümlədən döyüş PUA-ları, “Altay” tankı və “Atak” vertolyotları alması nəzərdə tutulub. Bu məlumatı Azərbaycanın Ankaradaki səfiri Xəzər İbrahim Türkiyə mediasına, Azərbaycanın müdafiə naziri general Zakir Həsənov isə yerli mətbuata iyunda verdikləri açıqlamalarda təsdiqləyiblər. Bununla yanaşı, yüksək vəzifəli şəxslər iki ölkənin birgə müdafiə sənayesi məhsulları istehsal edəcəyini, birgə hərbi təlimlərin isə artırılacağını deyirlər.
Türkiyə-Azərbaycan münasibətlərinin potensialı
Əslində, Azərbaycan-Türkiyə münasibətləri istər tarixi dərinlik, istər çoxşaxəlilik və potensial baxımından hər iki dövlətin xarici siyasətində xüsusi yer tutur. Bu münasibətlərdə rəmzi sayıla biləcək faktların sayı-hesabı yoxdur. Məsələn, müstəqilliyini 30 avqust 1991-ci ildə elan etmiş Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkə Türkiyə olub.
İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə inkişaf edən bu münasibətlərdə tarixi, mədəni, sosial və s. amillər hər zaman üstün olub. Amma bu münasibətlərinin ən vacib tərəfi təbii ki, onun strateji xarakteridir. Son hadisələr ikitərəfli münasibətlərin strateji mahiyyətini daha da dərinləşdirir. Şübhəsiz ki, hərbi əməkdaşlıq və ümumilikdə təhlükəsizlik sahəsində tərəfdaşlığın dərinləşməsi bu prosesi daha da gücləndirəcək. Azərbaycan vətəndaşlarının Türkiyədə, türkiyəlilərinsə Azərbaycanda müddətsiz yaşama, xüsusi icazəyə ehtiyac olmadan işləmə, öz ölkəsində olduğu, rahat şəkildə biznes qurma, daşınmaz əmlak ala bilmə və s. hüquqlara yiyələnməsi ən yaxın vaxtda həyata keçirilməsi vacib olan hədəflər sırasındadır.
İki ölkənin fərqli sahələrdə rəqabətə davamlı markalar yaratmaq təşəbbüslərinə dəstəyi də prioritet olmalıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar