Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
“Avropa İttifaqının (Aİ) ölkələrin ərazi bütövlüyü ilə bağlı ötən ay ortaya qoyduğu qüsursuz mövqe dalğa effekti yaratmalı və Vaşinqtona qədər gedib çıxmalıdır”.
Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının “ARAB NEWS” nəşri “Avropa İttifaqının Qarabağla bağlı mövqeyi ABŞ üçün nümunə olmalıdır” sərlövhəli yazısı bu iddiadadır.
Müəllif Adel Nazarian məqaləsində vurğulayır ki, bu il iyunun 18-də Avropa İttifaqı (Aİ) liderlərinin təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında Sammiti keçirilib: “Sammitdə koronavirus pandemiyasına qarşı cavab tədbirlər müzakirə edilib. Bundan başqa, Aİ liderləri fürsətdən istifadə edərək, qeyri-qanuni işğal edilmiş ərazilərlə bağlı mövqelərini bir daha ortaya qoyublar.
Aİ “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 6 ölkə ilə əməkdaşlıq edir: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna. Bu ölkələr “Şərq tərəfdaşları” kimi də tanınır.
Xorvatiyanın baş naziri Andrey Plenkoviç və Avropa Xalq Partiyasının prezidenti Donald Tusk sammitdəki mövcud münaqişələrin həlli yollarından danışıb, bu zaman ölkələrin ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər. “Xorvatiya Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramından iştirak edən ölkələrlə əlaqələri inkişaf etdirməsini arzulayır. Biz Aİ ilə yaxınlaşmağa can atan, Avropa ilə bağlı hədəfləri olan ölkələri dəstəkləyirik”, - deyə Plenkoviç qeyd edib. O, hesab edir ki, “Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyi və ərazi bütövlüyünə davamlı hörmət, xüsusilə “dondurulmuş münaqişə”lərin sülh yolu ilə həllinə dəstək verilməsi vacibdir.
Donald Tusk isə deyib: “Biz ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik. Rusiyanın təcavüzünü, Krımın qəsb edilməsini, eyni zamanda, Donbas, Cənubi Osetiya, Abxaziya və Dnesteryanı bölgənin işğalını pisləyirik. Bundan başqa, biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı səylərini, onların bununla bağlı qəbul etdiyi əsas prinsipləri tam dəstəkləyirik”.
Bu kontekstdə bir məqamı xatırlatmaq yerinə düşər. “Şərq Tərəfdaşlığı”na üzv 6 ölkədən ikisi – Ermənistanla Azərbaycan Dağlıq Qarabağ bölgəsi uğrunda uzun müddətdir münaqişə yaşayır. Ermənistanın bu münaqişə nəticəsində işğal etdiyi region BMT-nin bir neçə qətnaməsilə Azərbaycan ərazisi kimi tanınır.
Bu iki postsovet ölkəsi arasında 1988-ci ildə başlamış müharibə 1994-cü ilə qədər davam edib. Nəticədə Ermənistan Azərbaycan ərazisinin təxminən beşdə birini işğal edib. Müharibə 30 min insanın həyatına son qoyub. Bu gün Azərbaycan dünyada ən çox məcburi köçkünün yaşadığı ölkələrdən biridir.
Hazırda ərazisi 4 min 400 kvadrat kilometr olan Dağlıq Qarabağ regionunda yaşayan əhalinin 95%-i ermənidir. Tərəflər arasında 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyilə atəşkəs sazişi imzalanıb. Ötən dövrdə ATƏT-in Minsk qrupunun münaqişənin həllilə bağlı səylərinə baxmayaraq, erməni separatçıları ilə Azərbaycan Silahlı Qüvvələrini ayıran təmas xətti boyu gərginlik bu gün də davam edir. Tərəflər arasında 2016-cı ilin aprelində 4 gün davam etmiş toqquşma buna nümunədir.
Avrasiyanın bu regionu çox böyük geosiyasi əhəmiyyətə malikdir. Azərbaycan həm Rusiya, həm də İranla quru sərhədi olan yeganə ölkədir. Bundan başqa, o, Avropa və Mərkəzi Asiyayanın aparıcı neft-qaz tədarükçüsüdür.
Avropa Parlamentinin Ermənistan-Azərbaycan problemi daxil olmaqla, bir sıra münaqişələrlə bağlı bu il iyunun 19-da qəbul etdiyi qətnamə Aİ-nin ərazi bütövlüyü ilə bağlı mövqeyini daha da gücləndirib. Bu sənədin qəbuluna 663 deputatdan 507-i dəstək verib. Qətnamədə qeyd edilir ki, “Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstəklə bağlı öhdəliklərinə sadiqdir”.
Avroparlamentarilərin böyük əksəriyyətinin bu prinsipləri dəstəkləməsi insanı düşünməyə vadar edir: ABŞ Konqresi belə bəyanatlar verməkdən niyə çəkinir? Necə olur ki, bəzi konqresmenlər bu dəyərlərə zidd fikirlər söyləyir? Məsələn, ABŞ-ın Nümayəndələr palatasının Təsisatlar Komitəsində iyunun 23-də keçirilmiş virtual dinləmələr zamanı komitənin 30 üzvündən demokrat Bred Şerman başda olmaqla 10-u ABŞ-ın Dağlıq Qarabağa yardımına dəstəyini ifadə edib. Maraqıdır ki, Nümayəndələr palatasındakı demokratlar İsrailin İordan çayının qərb sahilini qəsb etməsinə açıq şəkildə qarşı çıxırlar. Amma söhbət ABŞ Dövlət Departamentinin belə, müstəqil dövlət kimi tanımadığı Dağlıq Qarabağ regionundan getdikdə onlar susurlar. Halbuki, Dövlət Departamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Konqresdəki demokrat qanunvericilər isə İordan çayının qərb sahilinə şamil etdikləri beynəlxalq hüququ Dağlıq Qarabağ regionuna aid etmirlər.
Koronavirus pandemiyası Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə növbəti anlaşılmazlığı ortaya çıxarıb. Qoşulmama Hərəkatına sədrlik edən Bakı BMT Baş Assambleyasına videokonfrans şəklində xüsusi sessiya çağırmasını təklif edib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədrayov isə ABŞ-ın dövlət katibi Mayk Pompeonu bu təklifi dəstəkləməyə çağırıb. Bu təşəbbüsü dəstəkləməyən yeganə ölkə... Ermənistan olub. Yerevanın BMT-dəki səfiri Mqer Marqaryan qurumun baş katibi Antonio Quttereşə ünvanladığı məktubda iddia edir ki, BMT-yə üzv dövlətlər böhranın aradan qaldırılması üçün artıq lazımi addımları atıblar: “Bu hədəfə çatmaq məqsədilə üzv ölkələrin mövcud müzakirə platformalarından və formatlardan faydalanmasına şərait yaradılmalıdır”.
Yerevanın açıq-aşkar beynəlxalq əməkdaşlığa qarşı çıxması əslində, Ermənistanın Azərbaycanla münaqişədən başqa heç nə haqda düşünmədiyini göstərir. Ağıllı insan bu gün dünyanın ən böyük problemi olan məsələnin istiqamətlənmiş təşəbbüsə qarşı çıxa bilərmi?
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçıları da hesab edir ki, münaqişə zonalarında beynəlxalq hüquqa əsaslanan sülhün yaradılması COVID-19 probleminin həlli üçün də vacibdir.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel “Şərq Tərəfdaşlığı” ölkələrinin son sammitində deyib ki, “Aİ liderləri beynəlxalq hüquqa və düzənə əsaslanan, demokratiyanın, sabitliyin, çiçəklənmənin mövcud olduğu vahid məkanın yaradılmasını təşviq edir”.
Əlbəttə, sülh, birlik və həmrəylik olarsa, beynəlxalq ictimaiyyətin koronavirus pandemiyası ilə mübarizəsi güclənəcək. Ermənistan isə bu dəyərləri virusla mübarizəyə yönəlmiş qlobal səylərə maneə kimi görür. ABŞ-dakı erməni lobbisi isə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif etdiyi “Madrid prinsipləri”nə qarşı çıxır.
Bir sözlə, bu gün amerikalı qanunvericilər avropalı həmkarlarının ərazi bütövlüyünə verdiyi dəstəyi təkrarlamalı, bu məsələdə riyakarlığa yer olmamalıdır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar